Azərbaycanda qəzalı məktəblərin sayı məlum oldu

Azərbaycanda qəzalı məktəblərin sayı məlum oldu

"Azərbaycanda hazırda qəzalı məktəblərin sayı 654-dür. Zamanla həmin məktəblərin sayının azalması istiqamətində işlər görüləcək".

 

Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

 

Nazirin sözlərinə görə, 100-ə yaxın məktəb var ki, orada şagird sayı 30-dan aşağıdır.

 

O bildirib ki, rus bölməsində Azərbaycan dili tədrisinin keyfiyyətinə diqqət artırılacaq: "Bu il 24 dərslik təkmilləşdirilib, 37 yeni dərslik hazırlanıb".


OXŞAR XƏBƏRLƏR