“Təklifin reallaşması daha çox İrandan asılıdır” – Deputatdan AÇIQLAMA

“Təklifin reallaşması daha çox İrandan asılıdır” – Deputatdan AÇIQLAMA

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib ki, Tehran İran-Azərbaycan-Türkiyə üçtərəfli formatının yenidən işə salınması ilə bağlı Ankarayla yekdil fikrə malikdir.

 

Nazir deyib ki, bu formatın yenidən işə salınması Zəngəzur dəhlizinin açılması və Şimal-Cənub dəhlizinin inkişafı da daxil olmaqla, regionda nəqliyyat kommunikasiyalarının və bir çox layihələrin bərpasına imkan verəcək.

 

Maraqlıdır, sözügedən format reallaşa bilərmi? Reallaşarsa, bunun region üçün nə kimi müsbət tərəfləri olacaq?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Ceyhun Məmmədov üçtərəfli formatın reallaşmasının regiona sülh gətirəcəyini deyib. Parlamentarinin sözlərinə görə, sözügedən format hər üç ölkə üçün faydalı ola bilər:

 

“Təklifin reallaşması daha çox İrandan asılıdır. Əgər İran təklifində səmimi olarsa, təxribatlara, eyni zamanda ikiüzlü siyasətə son qoyarsa, düşünürəm ki, bunun çox ciddi nəticələri ola bilər. Bunun isə region üçün faydası həddindən artıq çoxdur. Əslində biz çox istəyərdik ki, Azərbaycan, Türkiyə və İranın birgə üçtərəfli formatda əməkdaşlığı mövcud olsun və bu əməkdaşlıq güclənsin. Hesab edirəm ki, bu əməkdaşlığın olması, formalaşması bizim bölgəyə yalnız xeyir gətirə bilər və bundan hər üç ölkə yaxşı faydalana bilər.

 

Qeyd etdiyim kimi, burada İran səmimi olmalıdır. İran Azərbaycana qarşı apardığı yanlış siyasətə və eyni zamanda təxribatlara da son qoymalıdır. Bunlara son qoyulduğu halda hesab edirəm ki, biz səmərəli əməkdaşlıq qura və çox yaxşı işlər görə bilərik. İnanıram ki, İran daha səmimi olacaq və real addımlar atacaq, bu da bölgəmizə sülhün gəlməsinə öz töhfəsini verəcək”.

 

Millət vəkili İranın davamlı olaraq Ermənistana yardım göstərməsinin XİN rəsmisinin verdiyi açıqlamaya zidd olduğunu bildirib:

 

“Amma bir tərəfdən belə bəyanat verib, digər tərəfdən təxribatları davam etdirmək qəbuledilməzdir. Yəni İranın Ermənistana dəstəyi, davamlı olaraq bu ölkəyə yardım göndərməsi, Zəngəzur dəhlizi ilə bağlı təxribat xarakterli bəyanatlar verməsi onu göstərir ki, İranın siyasətində hələ ki, ciddi dəyişiklik yoxdur”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Bakıya gətirilən yarlılar “Yeni Klinika”ya yerləşdirildi

Təyyarə qəzası zamanı xəsarət alan və Qazaxıstanın Aktau şəhərində müalicə olunan daha üç yaralı Bakıya gətirilib. Onlar "Yeni klinika"ya yerləşdirili...

Qadınları fahişəliyə cəlb edən gənclər cəzalandırıldı

Bakıda qadınları fahişəliyə cəlb edən gənclər barəsində cinayət işi açılıb.   Sfera.az xəbər verir ki, Şəmkir rayon sakini 1998-ci il təvəllüdlü qadı...

Qəzada xəsarət alan üç vətəndaşımız Aktaudan Vətənə gətirildi

AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində xəsarət alan Azərbaycanın üç vətəndaşı Aktaudan Vətənə gətirilib.   Sfera.az xəbər verir ki...

Taekvondo üzrə ölkə çempionatının qalibləri məlum oldu

Taekvondo üzrə ölkə çempionatında böyüklər arasında qalib və mükafatçılar məlum olub.   Sfera.az xəbər verir ki, kişilər arasında 54 kq, 58 kq, 63 kq...

“WhatsApp”dan möhtəşəm YENİLİK: Şirkətin əməkdaşı ilə...

“WhatsApp” istifadəçilərin problemlərini həll etmək üçün yenilik edib.   Sfera.az xəbər verir ki, tətbiq canlı dəstək xidmətini istifadəy...

Bayramda Qarabağa səfər edənlərə MÜRACİƏT

Daxili İşlər Nazirliyi bayram günlərində işğaldan azad olunan ərazilərə səfər edən şəxslərə müraciət ünvanlayıb.   Sfera.az məlumatına görə, müraciət...