“Məmurlara təsir göstərməkdə çətinlik çəkirik” – Deputatdan dövlət qurumları ilə bağlı ETİRAF

“Məmurlara təsir göstərməkdə çətinlik çəkirik” – Deputatdan dövlət qurumları ilə bağlı ETİRAF

Deputat Fazil Mustafa ölkədəki qurumların işindən narazılıq edib.

 

Sfera.az bildirir ki, o, bu barədə sosial şəbəkə hesabından fikirlərini bölüşüb.

 

“Bir orta məktəb müəllimi İsmayıllıdan gəlib ki, Koreyadan sifariş edərək gətirtdiyi maşını götürsün. Gömrükdən yaşıl kart almalıdır ki, aparıb DYP-yə təqdim etsin. Üç göndür, gömrüyün qapısında gözləyir ki, inspektor insafı gəlib, onu yola salsın. Adam məktəbə də izah edə bilmir ki, bu səbəbdən gələ bilmir. Digər bir adam uşağını dövlətin bağçasına qoya bilmir. Yer yoxdur, növbəyə durmalısan deyib, süründürməçiliyə salırlar. Digər bir adam illərdir sənəd ala bilmir ki, bəs filan banka borcun var. Məhkəmə qərarı ilə sübut edir ki, heç bir borcum yoxdur, yenə də süründürməçiliyə salıb bir arayışı vermirlər. Hətta gedib həmin bankdan kredit borcu götürür və məlum olur ki, borcu yox imiş. Başqa biri tamamailə haqlı olduğu iş üçün məhkəməyə müraciət edə bilmir. Düşünür ki, vəkilə filan qədər pul ödəməliyəm, 6-7 ay məhkəmə instansiyaları arasında ayaq döyməliyəm, təminatım da yoxdur ki, xeyrimə qərar çıxarılacaq. Yüzlərlə bu sayaq vətəndaşın problemi həllini tapmır”.

 

F.Mustafa qeyd edib ki, ölkədə adi və sadə problemlərin həlli mümkün olmur:

 

“Dövlət qurumlarının bir çoxu ilə təmasda olan insanların iztirabı göstərir ki, durum xoşagələn deyil. Adam bir qurumun həll etməli olduğu məsələ ilə bağlı on instansiyaya qəbula gedir, poçta o qədər vəsait xərcləyir, həm vaxt inkisinə, həm də maddi-mənəvi itkiyə məruz qalır. Məmur məsuliyyətsizliyi isə pik həddədir və bizlər də təsir göstərməkdə çətinlik çəkirik”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Ukrayanaya nə qədər silah lazımdır?

ABŞ Prezidenti Donald Tramp artıq Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərini göndərməyə başlayıb. Bu, münaqişə zonasında müdafiə qabiliyyətini güclə...

Həftəsonunadək hava necə olacaq?

Həftənin sonunadək ölkə ərazisinin hava şəraitində dəyişiklik gözlənilməsə də, son günlər müşahidə olunan cənub-şərq küləyi Abşeron yarımadasında şimal, şimal-ş...

Gəncədə avtomobil işıq dirəyinə, sonra divara çırpıldı - FOTO

  Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin dəmir yolu vağzalının yaxınlığında qeydə alınıb. ...

Paşinyandan mühüm açıqlama:"Sərhədə ermənilər yerləşdiriləcək, ABŞ isə..."

Amerika şirkəti Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin idarəedici operatoru ola bilər.   Sfera.az “İnterfaks...

Prezident daha 2 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə m...

İlham Əliyev ipoteka kreditləri ilə bağlı fərman imzaladı

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasında dəyi...