Ölkədə pul bazası niyə azalır, tendensiya davam edəcəkmi? – ŞƏRH

Ölkədə pul bazası niyə azalır, tendensiya davam edəcəkmi? – ŞƏRH

Azərbaycanda pul bazası son 2 ayda azalmaqda davam edib. Belə ki, bu il iyun ayının sonlarında ölkədə 18 milyard 401 milyon manat pul bazası qeydə alınsa da, bu göstərici 31 iyul tarixinə 18 milyard 262 milyon manat, avqustun son günündə isə 18 milyard 116 milyon manat olub.

 

Maraqlıdır, son 2 ayda pul bazasının kiçilmə səbəbləri nələrdir? Bunun iqtisadi baxımdan nə kimi mənfi tərəfləri ola bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadi məsələlər üzrə ekspert Eldəniz Əmirov növbəti aylarda azalma ehtimalının olduğunu qeyd edib:

 

“Pul bazasının azalması və yaxud da artması əhalinin alıcılıq qabiliyyətində olan azalma və artma ilə düz mütənasiblik təşkil edir. Pul bazasının azalması bir növ alıcılıq qabiliyyətinin azalmasını xarakterizə edir, yəni tələbi azaldır. Tələbin azalması isə inflyasiyanı azaltmalıdır. Yəni aparılan sərt monetar siyasət də yanlış deyil. Aparılan sərt monetar siyasət məhz inflyasiyanın cilovlanmasına hədəflənib. Bu kontekstdə son bir neçə ay ərzində pul bazasının belə deyək, daralması, hardasa başadüşüləndir. Amma qeyd etməliyik ki, hazırda pul bazası 2023-cü ilin yanvar ayı ilə müqayisədə artıb. Yəni dörd faizə qədər təxmini bir artım müşahidə edilir, amma növbəti aylarda ola bilsin ki, pul bazasında azalmalar yenə davam etsin”.

 

Ekspert 2024-cü il pensiya və əmək haqlarında artım olduqdan sonra pul bazasının da artacağını vurğulayıb:

 

“Hesab edirəm ki, növbəti ilin əvvəlindən sonra, daha doğrusu, 2024-cü ilin, məsələn, fevral ayında pul bazasında yenidən artımlar müşahidə edə biləcəyik. Bunun da əsas səbəbi böyük ehtimal ki, inflyasiyanın həmin dövrə qədər mümkün qədər cilovlanması olacaq”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

"Bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar!" - Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar...

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.   Sfera.az xəbər verir ki, bu bayram dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar ...

Sabah bu rayonlarda... - XƏBƏRDARLIQ!

Sabah hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologi...

Arzu və Alena Əliyevalar uşaqları ziyarət etdilər - FOTOLAR

Dekabrın 30-da Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi...

Rusiya sərhədçiləri Ermənistan-İran sərhədindən çıxdı

Rusiya sərhədçiləri bu gün Ermənistan-İran sərhədindən çıxıb.   Sfera.az bildirir ki, bu barədə siyasi şərhçi Şahin Cəfərli məlumat yayıb.   ...

Bakıya gətirilən yaralılar “Yeni Klinika”ya yerləşdirildi

Təyyarə qəzası zamanı xəsarət alan və Qazaxıstanın Aktau şəhərində müalicə olunan daha üç yaralı Bakıya gətirilib. Onlar "Yeni klinika"ya yerləşdirili...