"Kapital Bank" “Ağ şəhər KOB Mərkəzi” filialını istifadəyə verdi

Ölkənin birinci bankı "Kapital Bank"  kiçik və orta sahibkarlar üçün fərqli konseptdə olan daha bir KOB Mərkəzi filialını istifadəyə verib.

 

Sfera.az xəbər verir ki, filial Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər Fəvvarələr Meydanı, Tikinti sahəsi FS-003 ünvanında yerləşir.

 

Kiçik və orta sahibkarlara bütün növ bank xidmətlərini göstərən filialda sahibkarlar bank xidmətləri üzrə məsləhətlər ala, hesablar aça, maliyyələşmə məhsulları sifariş edə, şəxsi menecerlə təmin oluna, həmçinin şirkət rəhbərləri və təsisçilər fiziki şəxslər üçün nəzərdə tutulan məhsul və əməliyyatlardan yararlana bilərlər. Bundan başqa filial müştərilərin rahatlığı üçün xüsusi görüş otaqları ilə təmin edilib. 

 

Yeni filialda həmçinin 24 saat fəaliyyət göstərən özünəxidmət sahəsi də yaradılıb. Xidmət sahəsində müştərilər tərəfindən əməliyyatların aparması üçün avadanlıqlar quraşdırılıb.

 

"Kapital Bank"  kiçik və orta sahibkarlığın inkişafına böyük önəm verir. Ölkədə ilk dəfə “KOB Mərkəzi” filiallarının istifadəyə verilməsinin səbəbi də məhz budur. Filiallarımızda sahibkarlar və hüquqi şəxslər bank xidmətlərindən daha rahat və sürətli yararlana bilirlər. 

 

Ölkənin birinci bankı olan "Kapital Bank"  PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.


OXŞAR XƏBƏRLƏR

Ukrayanaya nə qədər silah lazımdır?

ABŞ Prezidenti Donald Tramp artıq Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərini göndərməyə başlayıb. Bu, münaqişə zonasında müdafiə qabiliyyətini güclə...

Həftəsonunadək hava necə olacaq?

Həftənin sonunadək ölkə ərazisinin hava şəraitində dəyişiklik gözlənilməsə də, son günlər müşahidə olunan cənub-şərq küləyi Abşeron yarımadasında şimal, şimal-ş...

Gəncədə avtomobil işıq dirəyinə, sonra divara çırpıldı - FOTO

  Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin dəmir yolu vağzalının yaxınlığında qeydə alınıb. ...

Paşinyandan mühüm açıqlama:"Sərhədə ermənilər yerləşdiriləcək, ABŞ isə..."

Amerika şirkəti Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin idarəedici operatoru ola bilər.   Sfera.az “İnterfaks...

Prezident daha 2 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə m...

İlham Əliyev ipoteka kreditləri ilə bağlı fərman imzaladı

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasında dəyi...