Qeyri-adi hadisə - Sərnişinin qarınağrısı səbəbiylə təyyarəni yerə endirməli olublar
ABŞ-da ishal olan bir sərnişin gözlənilmədən Atlantadan Barselonaya gedən transatlantik uçuşu yarımçıq kəsib. Axşam reysi Amerika hava limanını cədvəl üzrə tərk edib, lakin səmada qeyri-adi vəziyyət yaranıb.
Sfera.az bildirir ki, sərnişin kabinəyə çatmağa vaxt tapmaylb və düz salonda işi bitirib. Bundan sonra təyyarə bir neçə saat yuyulub və yalnız bundan sonra İspaniyaya uça bilib.
Belə ki, uçuş zamanı sərnişinlərdən biri qəflətən ayağa qalxaraq tualetə tərəf qaçıb. İstədiyi kabinəyə qaçmağa çatmayıb. Sərnişin paltarını və təyyarə salonundakı örtüyü çirkləndirərək kabinin düz ortasında rahatlayıb.
Təyyarə Virciniya ştatının üzərində olub, qeyri-adi vəziyyətə və qoxuya görə pilotlar uçuşu dayandırmaq qərarına gəliblər. Hadisə havaya qalxdıqdan təxminən bir saat sonra baş verib. Hələ qarşıda azı 7 saat vaxt qalıb.
Hava nəqliyyatının idarə olunmasına göndərilən sms-də kapitan problemi lakonik şəkildə izah edib: "ATL-ə yönləndirilib - sərnişində ishal. Təyyarənin hər yerində - biotəhlükə".
Pilot Atlanta hava limanına qayıdıb yerüstü heyətə məlumat verib və təyyarə materik üzərində olarkən onu geri çevirib.
Enişdən sonra narahat vəziyyətdə qalan sərnişini təcili yardım maşını qarşılayıb. Turistlərin qalan hissəsi hava limanına göndərilib. Salon təmizlik xidmətinin mütəxəssisləri tərəfindən bir neçə saat ərzində təmizlənib. Gecə gec saatlarda isə təyyarə hələ də havada İspaniyaya uçub.
Aynil
Sfera.az