Azərbaycanda dağıdıcı zəlzələ ilə bağlı AÇIQLAMA

Azərbaycanda dağıdıcı zəlzələ ilə bağlı AÇIQLAMA

Məlum olduğu kimi, sentyabrın 3-də Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.

 

Yerli vaxtla saat 20:38-də qeydə alınan zəlzələ Saatlı, Beyləqan, Mingəçevir,Yardımlı, Qəbələ rayonlarında da hiss olunub. Gecə saatlarında isə Kürdəmirdə nisbətən zəif afterşok qeydə alınıb. Zəlzələ zəif təkanlarla müşahidə olunsa da, bu dəfə də əhali arasında təşviş yaradıb.

 

Onu da əlavə edək ki, son təkanlar zamanı “Google” şirkətinin zəlzələ xəbərdarlığı bir çox mobil telefonda işləməyib, bildiriş göndərilməyib.

 

Bəs Azərbaycanda dağıdıcı zəlzələ gözlənilirmi?

 

Mövzu ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli “Yeni Müsavat”a danışıb.

qurban_yetirmishli_110517.jpg (56 KB)

 

O qeyd edib ki, yaxın vaxtlarda Azərbaycanda güclü zəlzələ gözlənilmir:

 

“İlk öncə qeyd edim ki, ölkə ərazisində müxtəlif vaxtlarda zəlzələlər baş verir. Onların arasında hiss olunanı da, olunmayanı da var. Sentyabrın 3-də 37 təkan olmuşdu, onlardan biri də Kürdəmirdə baş verdi və hiss olundu. 52 kilometr dərinlikdə olan zəlzələnin 4 baldan yuxarı olanı hiss olunur. Zəlzələ dərinlikdə olduğuna görə ölkənin xeyli ərazisində hiss olundu.

 

O ki qaldı yaxın vaxtlarda Azərbaycanda dağıdıcı zəlzələnin olmasına, dəfələrlə bildirmişəm ki, Azərbaycanda dağıdıcı zəlzələ gözlənilmir. Bəzən hasısa təkan olanda deyirlər ki, Qurban müəllim demişdi zəlzələ olmayacaq, amma oldu. İstərdim ki, sözlərimə diqqətlə yanaşsınlar, zəlzələ hər gün olur, söhbət dağıdıcı zəlzələdən gedirsə, yaxın vaxtlarda gözlənilmir”.

 

Qurban Yetirmişli ölkə ərazisində mövcud olan ən həssas seysmik zonalar barəsində də danışıb: 

 

“Bununla bağlı xəritələr, harada güclü zəlzələlərin əhatə dairəsi olması ilə bağlı məlumat var. 427-ci ildən bu yana baş vermiş güclü zəlzələlərin, dağıntıların baş verdiyi ərazilərlə bağlı xəritə tərtib olunub. Şamaxı və Gəncəbasar regionları bu xəritədə ən həssas bölgələrdir”.

 

Q.Yetirmişli “Google” şirkətinin zəlzələ xəbərdarlığı ilə bağlı bildiriş göndərməməsinə də münasibət bildirib:

 

“Həmin proqram 2003-cü ildən var. Lakin bu proqram düzgün məlumat vermir. Məsələn, bir müddət əvvəl bu proqram xəbər vermişdi ki, Xəzərdə zəlzələ baş verib. Amma məlum oldu ki, zəlzələ Xəzərdə deyil, başqa yerdə baş verib.  Və yaxud iyul ayında Cəlilabadda zəlzələ baş vermişdi, amma proqram Qazaxı göstərmişdi. Bu da insanları boş yerə təşvişə, qorxuya salmışdı”.


OXŞAR XƏBƏRLƏR

Bakıda "Porsche"nin xanım sürücüsü maşını yolun ortasında saxlayıb mübahisə etdi, tıxac yarandı - VİDEO

Bakıda sürücü avtomobilini yolun ortasında saxlayaraq digər sürücü ilə mübahisə edib, nəticədə prospektdə nəqliyyatın hərəkəti dayanıb.   Sfera.az xə...

Flora İbadovaya icra hakimiyyətində vəzifə verildi

İbadova Flora Ədalət qızı Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi vəzifəsinə təyin olunub.   Sfera.az xəbər verir ki, bu bar...

Paşinyandan gecikən etiraf: “Qarabağı Azərbaycanın tərkib hissəsi kimi daha əvvəl təsdiqləməliydik”

“Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı qərarı daha tez verməli idik”.   Sfera.az xəbər verir ki, bunu Ermən...

Liderlər və övladları şəkil çəkdirdilər - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. Həm...

İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edildi

Əkrəm İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb....

Rusiyada neft-qaz hasilatı azalıb: "Ödənişlərlə bağlı çətinliklər yaşayırıq"

Bu il Rusiyada neft və qaz hasilatında azalma müşahidə edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika nazir...