Barəsində cinayət işi açılan bələdiyyə sədri öldü

Barəsində cinayət işi açılan bələdiyyə sədri öldü

Salyan rayonun Şorsulu kənd bələdiyyəsinin sədri Famil Məmmədov vəfat edib.

 

Sfera.az xəbər verir ki, bələdiyyə sədri səhhətində qəfil yaranan problemlə əlaqədar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Bu gün isə Şirvan rayonuna xəstəxanaya köçürülüb. O, əməliyyat olunacaqmış, lakin xəstəxanada ölüb.

 

Qeyd edək ki, 1978-ci il təvəllüdlü F.Məmmədov barəsində bir müddət əvvəl cinayət işi açılmışdı. Belə ki, ƏMDX-nin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədovun həmin Xidmətin vəzifəli şəxsləri, yerli ərazi şöbələrinin müdirləri, bələdiyyə sədrləri və digər şəxslərlə qabaqcadan əlbir olaraq dövlət qurumunun müvafiq ərazi şöbələrinin yurisdiksiyasına daxil olan ərazilər üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsi məqsədilə 169 halda rüşvət almaları, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, eləcə də bir sıra hallarda vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmələrinə (nüfuz alveri) əsaslı şübhələr müəyyən edilib.

 

Qeyd edilən faktlarla bağlı ümumilikdə 19 vəzifəli şəxs barəsində, o cümlədən Salyan rayonun Şorsulu bələdiyyəsinin sədri Famil Məmmədova açılan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. (qafqazinfo)

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda mopedlərin iştirakı ilə baş verən ağır qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ

Bu ilin 6 ayı ərzində respublika yollarında moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 17 yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbə...

Fransa ABŞ silahlarını almayacaq

Fransa ABŞ silahlarının Avropa ölkələri tərəfindən maliyyələşdiriləcək Ukraynaya verilməsi təşəbbüsündə iştirak etmək niyyətində deyil.    Sfera...

Bakıda "Porsche"nin xanım sürücüsü maşını yolun ortasında saxlayıb mübahisə etdi, tıxac yarandı - VİDEO

Bakıda sürücü avtomobilini yolun ortasında saxlayaraq digər sürücü ilə mübahisə edib, nəticədə prospektdə nəqliyyatın hərəkəti dayanıb.   Sfera.az xə...

Flora İbadovaya icra hakimiyyətində vəzifə verildi

İbadova Flora Ədalət qızı Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi vəzifəsinə təyin olunub.   Sfera.az xəbər verir ki, bu bar...

Paşinyandan gecikən etiraf: “Qarabağı Azərbaycanın tərkib hissəsi kimi daha əvvəl təsdiqləməliydik”

“Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı qərarı daha tez verməli idik”.   Sfera.az xəbər verir ki, bunu Ermən...

Liderlər və övladları şəkil çəkdirdilər - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. Həm...