Nazirlikdən ürək dərmanı ilə bağlı XƏBƏRDARLIQ - FOTO

Nazirlikdən ürək dərmanı ilə bağlı XƏBƏRDARLIQ - FOTO

Səhiyyə Nazirliyi "Aktilize" dərman preparatının istifadəsi zamanı yaranan problemlərlə bağlı xəbərdarlıq edib.

Milli.Az bildirir ki, Nazirliyin Analitik Ekspertiza Mərkəzindən report-a verilən məlumata görə, adıçəkilən "Aktilize" ticari adlı alteplaza tərkibli həlledici (inyeksiya üçün su) ilə komplektdə venadaxili infuziya məhlulu hazırlamaq üçün liofilizəolunmuş toz flakonda dərman vasitəsinin həll olmasında yaranan texniki şikayətlər bildirilib.

Son aylar "Boehringer İngelheim" şirkətinə bəzi ölkələrdən Aktilize 50 mq preparatından çoxlu texniki şikayətlər daxil olub. Şikayətdə bildirilir ki, preparatın həll olması zamanı rezin tıxac flakon daxilinə itələnir. Bu flakonun istifadəsini yararsız edir və müalicə üçün yeni flakona ehtiyac yaranır. Az miqdarda 10 mq və 20 mq dozalara aid şikayətlər də alınıb. Hazırda texniki şikayətin yaranma səbəbləri araşdırılır. Hələlik dəqiq səbəb müəyyən edilməyib.
Boehringer İngelheim şirkəti Aktilize preparatının istifadə təlimatına ciddi əməl olunmasının vacibliyini bildirir. "Aktilize" preparatının həyati vacibliyini nəzərə alaraq, tibb müəssisələrində kifayət qədər preparatın ehtiyatının saxlanılması tövsiyə olunur. Preparatın istifadəsi zamanı yaranan problemlərin şirkətə bildirilməsi xahiş olunur. Yaranmış situasiyanın aradan qaldırılması üçün şirkət bu sahədə bütün tədbirləri gücləndirib.
Qeyd edək ki, Aktilize preparatı aşağıdakı hallarda trombolitik müalicə üçün göstərişdir: 
- Kəskin miokard infarktı
- Qeyri-stabil hemodinamika ilə müşayiət olunan kəskin geniş ağciyər arteriyası emboliyası
- Kəskin işemik insult
Aktilize preparatı aşağıdakı dozalarda buraxılır:
Aktilize 10 mq:
1 flakon 10 mq alteplaza
1flakon 10 ml inyeksiya üçün su
Aktilize 20 mq:
1 flakon 20 mq alteplaza
1 flakon 20 ml inyeksiya üçün su
Aktilize 50 mq:
1 flakon 50 mq alteplaza
1 flakon 50 ml inyeksiya üçün su
1mq/ml konsetrasiyalı alteplaza məhlulu əldə etmək üçün :
10 mq Aktilize - 10 ml inyeksiya üçün suda həll edilir.
20 mq Aktilize - 20 ml inyeksiya üçün suda həll edilir.
50 mq Aktilize - 50 ml inyeksiya üçün suda həll edilir.

 



OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...