UEFA Gənclər Liqası: \"Qəbələ\"nin rəqibi bəlli oldu

15:58 / 05.09.2023
3949
"Qəbələ"nin UEFA Gənclər Liqasındakı rəqibi bəlli olub.
Sfera.az xəbər verir ki, "qırmızı-qaralar" birinci mərhələdə Macarıstanın "Puşkaş Akademiya"sı ilə üz-üzə gələcək.
Cütün qalibi növbəti raundda "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) duelinin güclüsü ilə görüşəcək.
Bölgə təmsilçisi ilk görüşünü oktyabrın 4-də evdə keçirəcək. Cavab matçı isə oktyabrın 25-də səfərdə baş tutacaq.