Unibankın yüksək gəlirli manat istiqrazlarının hansı üstünlükləri var?

Unibankın yüksək gəlirli manat istiqrazlarının hansı üstünlükləri var?

Unibank tərəfindən buraxılan yüksək gəlirli manat istiqrazları Bakı Fond Birjasında uğurla listinqdən keçib və istiqrazların yerləşdirilməsi sentyabrın 7-də baş tutacaq. Hərrac BFB-nin  premium bazar seqmentində birqiymətli hərrac üsulu ilə (nominal qiymətlə), “Unicapital İnvestisiya Şirkəti” ASC-nin anderraytinq dəstəyilə həyata keçiriləcək.

 

Emissiya ilə bağlı suallarımızı “Unicapital İ.Ş.” ASC-nin Direktoru Elmira Qəribova cavablandırıb.

 

Yüksək likvidliyə və illik faiz dərəcəsinə malik manat istiqrazlarının dövriyyəyə buraxılması investorlar tərəfindən necə qarşılanıb?

 

Bildiyiniz kimi illik faiz dərəcəsi 11,5%, ümumi həcmi 20 milyon manat olan Unibank istiqrazları BFB-da uğurla listinqdən keçdi. Premium bazar seqmentində yerləşdirilən istiqrazlara istər hüquqi, istərsə də fiziki şəxslər tərəfindən maraq olduqca böyükdür. Bu buraxılış şirkətimizin anderrayterlik etdiyi, ölkənin ən köklü kommersiya banklarından olan “Unibank”ın ilk qiymətli kağız buraxılışı deyil. Sözü gedən buraxılışı digərlərindən fərqləndirən əsas üstünlüklər isə münasib nominal dəyərə və yüksək faiz dərəcəsinə malik olmasıdır.

 

Unibank istiqrazlarına fiziki şəxslər tərəfindən böyük maraq göstərilməsinin əsas səbəbləri hansılardır?

 

Əvvala Unibank istiqrazlarının fiziki şəxslər tərəfindən bu qədər böyük rəğbət və maraqla qarşılanması şirkətimiz üçün gözlənilən idi. Bildiyiniz kimi Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, bu ilin fevralından etibarən fiziki şəxslər qiymətli kağız alışı zamanı 10% gəlir vergisindən azaddırlar. Bundan əlavə yalnız fiziki şəxslər üçün sözü gedən istiqrazlara şamil olunan başqa bir güzəşt də ondan ibarətdir ki, Unibank istiqrazının fiziki şəxslər tərəfindən alışı zamanı bütün komissiyaları emitent (Unibank KB) özü qarşılayır. Alış zamanı fiziki şəxslərdən heç bir komissiya tutulmur. Bütün bunların fonunda qiymətli kağızın nominal dəyərinin 100 AZN olması, illik faiz dərəcəsinin 11,5% olması və ödəniş tezliyinin 3 aydan bir icrası fiziki şəxs üçün Unibank istiqrazlarını çox cəlbedici investisiya aləti edir.

 

Hal-hazırda bu istiqrazların alışı mümkündürmü?

 

Bəli, artıq qiymətli kağızların alışı üçün müraciətlər qəbul olunur. Unibank istiqrazlarını ilkin buraxılışda əldə etmək istəyən şəxslər aşağıdakı linkə keçərək, öncədən müraciət edə bilərlər: //unicapital.az/unibank-istiqrazlari. İstiqrazların yerləşdirilməsi 7 sentyabr 2023-cü il tarixində baş tutacaq.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN İrana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayışda ölənlərlə əlaqədar İrana başsağlığı veri...

Şuşada qəzada xəsarət alanların SON VƏZİYYƏTİAÇIQLANDI ƏƏ

Şuşada baş verən qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb.   Sfera.az xəbər verir ki, TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq verilən məlum...

MM sədri kim olacaq? - İki əsas namizəd

Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.   Sfera.az Yenisabah.az-a istinadən xəbər verir ki, qüvvədə olan qa...

Azərbaycan gimnastları Portuqaliyada 4-cü qızıl medalı əldə ediblər

Azərbaycan idmançıları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında 4-cü qızıl medalı aktivinə yazdırıblar. ...

Həddindən artıq qəhvə içmək nələrə səbəb olur?

Araşdırmalara görə, həddindən artıq qəhvə istehlakı beynin xroniki yuxu çatışmazlığından sağalma qabiliyyətinə mənfi təsir göstərə bilər. Kofein yuxululuq hissi...

Yol polisindən piyadalara MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.   İdarədən Sfera.az-a verilən xəbərə görə, müraciətdə deyilir:   "Piyadavurma...