Kolleclərin boş yerlərinə qəbulun nəticələri AÇIQLANDI

Kolleclərin boş yerlərinə qəbulun nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi 2023/2024-cü tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.

 

Sfera.az xəbər verir ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

 

Müsabiqədə iştirak etmək üçün 4710 abituriyent ərizə təqdim edib. Onlardan 1444 abituriyent orta ixtisas təhsili müəssisəsinə qəbul olunub.

 

Qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) sentyabrın 6-dan DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal/).

 

Orta ixtisas təhsili müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olunan abituriyentlər 8 sentyabr saat 11:00-dan 13 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN İrana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayışda ölənlərlə əlaqədar İrana başsağlığı veri...

Şuşada qəzada xəsarət alanların SON VƏZİYYƏTİAÇIQLANDI ƏƏ

Şuşada baş verən qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb.   Sfera.az xəbər verir ki, TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq verilən məlum...

MM sədri kim olacaq? - İki əsas namizəd

Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.   Sfera.az Yenisabah.az-a istinadən xəbər verir ki, qüvvədə olan qa...

Azərbaycan gimnastları Portuqaliyada 4-cü qızıl medalı əldə ediblər

Azərbaycan idmançıları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında 4-cü qızıl medalı aktivinə yazdırıblar. ...

Həddindən artıq qəhvə içmək nələrə səbəb olur?

Araşdırmalara görə, həddindən artıq qəhvə istehlakı beynin xroniki yuxu çatışmazlığından sağalma qabiliyyətinə mənfi təsir göstərə bilər. Kofein yuxululuq hissi...

Yol polisindən piyadalara MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.   İdarədən Sfera.az-a verilən xəbərə görə, müraciətdə deyilir:   "Piyadavurma...