Qalmaqallı müavinin yerinə o təyin edildi - FOTO

Qalmaqallı müavinin yerinə o təyin edildi - FOTO

Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.

 

Sfera.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı rayonun icra başçısı Taleh Qaraşov Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Ülviyyə Əliyeva icra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, Ü.Əliyeva buna qədər Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb. O, hazırkı vəzifəsində ötən il cinayət məsuliyyətinə cəlb edilərək vəzifəsindən azad olunan Rasilə Arifqızını əvəz edib.

 


OXŞAR XƏBƏRLƏR