Putin Amerikayla anlaşmanı ləğv etdi
Dünya
17:07 / 31.10.2016
1222
Rusiya Prezidenti Vladimir Putin Rusiya iləABŞ arasında plutoniumun təkrar emalı üçün əldə edilən razılaşmanın dayandırılması barədə qanuna imza atıb. Sfera.az Lenta.ru-a istinadən bildirir ki, bu barədə məlumat Prezidentin saytında yerləşdirilib.
Qanuna görə əgər Vaşinqton bir neçə şərti yerinə yetirsə rəsmi Moskva razılaşmanı yenidən bərpa edə bilər. Rusiyanın irəli sürdüyü şərtlər isə bunlardır. ABŞ NATO ölkələrindəki hərbi kontingentinin sayını azaltsın və rusiyalı məmurlara qarşı qəbul edilən "Maqnitski” qanunu ləğv edilsin.