“Yeni Çağ” 16 yaşında: Media Qrupun keçdiyi inkişaf yolu

“Yeni Çağ” 16 yaşında: Media Qrupun keçdiyi inkişaf yolu

Bu gün Azərbaycanın ilk xəbər portallarından olan Yenicag.az saytının 16 yaşı tamam olur. Belə ki, 2006-cı il fevralın 1-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Yeni Çağ” qəzetinin rəsmi səhifəsi kimi fəaliyyətə başlayan, hazırda Media Qrupunun lokomotivi olan Yenicag.az saytı 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb.

 

Yenicag.az Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında olan yeniliklərlə yanaşı, dünyada baş verən maraqlı xəbərləri də operativ və obyektiv qaydada oxuculara çatdırır.

 

2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirən Yenicag.az-ın türk (Yenicag.info) və rus (novayaepoxa.com) dillərində əlavə versiyaları da fəaliyyətə başlayıb. 2018-ci ildən etibarən Media Qrupunun Yenicag.tv video portalı da fəaliyyətə başlayıb.

 

2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvü olan Yenicag.az ölkədə və ölkə xaricində həyata keçirilən beynəlxalq media layihələrində yaxından iştirak edir. Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Rusiya, Moldova, Qırğızıstan, Pakistan, İraq, Şimali Kipr və digər ölkələrin qabaqcıl media qurumları ilə əməkdaşlıq edən “Yeni Çağ” Media Qrupu 44 günlük Vətən müharibəsi zamanı bu əlaqələrindən informasiya savaşında maksimum istifadə edib, Qarabağ həqiqətlərinin operativ şəkildə çatdırılmasında mühüm rol oynayıb.

 

Fəaliyyətə başlamasının 16 illiyini qeyd edən Yenicag.az yeni və aktual layihələri həyata keçirmək istiqamətində addımlayır.

 

Bu gün “Yeni Çağ” Media Qrupuna Yenicag.az (Azərbaycan), Yenicag.ru (rus), Yenicag.info (türk) və Yenicag.tv domenləri daxildir. Beynəlxalq reytinq şəbəkələrində qabaqcıl yerləri tutan Yenicag.az ayda 2 milyona yaxın internet istifadəçisi tərəfindən ziyarət edilir. Saytın aylıq səhifələnməsi 5-6 milyon arasındadır.

 

“Yeni Çağ” Media Qrupuna “Terrorun gülən üzü” və “Səssiz İşğal” analitik araşdırma kitablarının müəllifi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyinin İdarə Heyətinin üzvü Aqil Ələsgər rəhbərlik edir.


OXŞAR XƏBƏRLƏR

Xarici vətəndaşlara da işğaldan azad edilmiş ərazilərinə getməyə İCAZƏ VERİLDİ

Bu ilin iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə,...

“Nürnberq məhkəməsi”nin növbəti iclası KEÇİRİLİR

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.   Sfera.az xəbər verir k...

Bu ərazilərdə qaz olmayacaq

Şərur rayonunun bir hissəsində qaz təchizatının verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlu...

Rusiya və Ukrayna nümayənləri İstanbulda yenidən görüşəcək

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu həftə yeni danışıqlar mərhələsinin keçirilməsi gözlənilir.    Sfera.az xarici mediaya istinadə...

Suriyada sular durulmur: "Müharibə Netanyahunu hakimiyyətdə saxlayır"

ABŞ və Türkiyənin vasitəçilik cəhdlərinə baxmayaraq Suriyanın cənub regionunda atəşkəsi təmin etmək mümkün olmur. Silahlı qruplar arasında toqquşma davam edir, ...

Avro bahalaşdı, rubl ucuzlaşdı

Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnəsinə görə, dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.   Sfera.az xəbər verir ki, lirənin m...