Priqojinin ölümündən sonra Sergey Surovikin azadlığa buraxılıb - İddia
“Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin üsyanından sonra saxlanılan general Sergey Surovikin azadlığa buraxılıb.
Sfera.az xəbər verir ki, bu haqda iddianı “The New York Times” yazıb.
Qəzetin əldə etdiyi məlumata görə, general azadlığa Priqojinin ölümündən bir neçə gün sonra buraxılıb.
Xatırladaq ki, Sergey Surovikin bu ilin iyun ayında “Vaqner” PMC üsyanından sonra yoxa çıxmışdı. Sonradan onun həbs edildiyi məlum oldu.
Rusiya Müdafiə Nazirliyinə yaxın bir şəxsin qəzetə verdiyi məlumata görə, general indiyədək rütbəsini qoruyub və texniki cəhətdən hələ də hərbi zabitdir, lakin onun karyera perspektivi yoxdur.
Qeyd edək ki, Surovikin azad edilməsi ilə bağlı dünən jurnalist Kseniya Sobçak tərəfindən də sosial mediada fotoşəkil paylaşılmışdı. Həmin fotoda generalın mülki paltarda həyat yoldaşı ilə bərabər küçədə hərəkət etdiyi görünür. Fotoya yazılan şərhdə bildirilir ki, general Sergey Surovikin sağdır, ailəsi ilə birlikdə Moskvada evdədir.
Vasif