“3+3” formatı hansı şərtlərlə reallaşa bilər? – Deputatdan AÇIQLAMA

“3+3” formatı hansı şərtlərlə reallaşa bilər? – Deputatdan AÇIQLAMA

Cənubi Qafqaz regionunda “3+3” formatının (Azərbaycan, Rusiya, Gürcüstan, İran, Türkiyə, Ermənistan) yaradılması uzun müddətdir, müzakirə olunmaqdadır. İdeya ilk dəfə 90-cı illərin əvvəllərində Türkiyə Prezidenti Süleyman Dəmirəl tərəfindən irəli sürülüb.

 

Formatın gerçəkləşdirilməsi 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda nizamın bərpası məqsədilə indi yenidən aktuallaşıb.

 

Maraqlıdır, xüsusilə indi - Ermənistanla münasibətlərin gərgin olduğu bir vaxtda “3+3” formatının reallaşması üçün zəmin yarana bilərmi? Formata üzv ölkələr regionda sabitliyin yaranması üçün hansı təşəbbüslərlə çıxış edə bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Arzu Nağıyev sözügedən formatda hər bir dövlətin müəyyən marağa sahib olduğunu deyib. Millət vəkili ilkin şərt kimi hansı problemlərin həllini tapması ilə bağlı məsələnin aydınlaşdırılmalı olduğunu vurğulayıb:

 

“İdeyanın reallaşması üçün hər bir dövlətin bu formatdakı yeri məlum olmalıdır və bilinməlidir ki, hansı problemlərin həlli həyata keçiriləcək. Məlumdur ki, bu formatda Gürcüstan, Azərbaycan, Rusiya, İran, Ermənistan və Türkiyə təmsil olunur. Əsas problemlər isə regionda təhlükəsizlik təhdidinin qarşısının alınması, iqtisadi-siyasi problemlərin həlli və kommunikasiyaların açılmasıdır. Aydındır ki, hər ölkənin bu formatda öz marağı var. Gürcüstan özünü logistika ilə məşğul olan dövlət kimi görür, Azərbaycanla Ermənistan arasında barışdırıcı mövqe tutmağa çalışır, Avropaya inteqrasiya üçün Azərbaycan ərazisindən keçən kommunikasiyanın açılmasında maraqlıdır. Türkiyə “bir millət iki dövlət” prinsipi ilə bütün proseslərdə iştirakçı rolunu oynayır. Türkiyə bilir ki, Zəngəzur dəhlizinin açılması birbaşa Türkiyəyə daşınmada mühüm rol oynayır. Ankara eyni zamanda gələcəkdə qazla bağlı olan bir sıra böyük layihələrin iştirakçısı olmaq istəyir”.

 

Deputat “3+3 formatı”nda İran və Rusiyanın maraqlarından da söz açıb:

 

“Tətbiq olunan sanksiyalar isə İran üçün əsas problemlərdən biridir. Rusiya da Qarabağ məsələsinin həllində vasitəçiliyini artırmağa çalışır. Bu gün dünya elə dəyişib ki, artıq Azərbaycan maraq doğuran ölkəyə çevrilib. Buradan istər tranzit daşımalar həyata keçirmək, istərsə də digər istiqamətlərdə əməkdaşlıq üçün yararlanmaq olar. Ermənistan da maraqlı olmalıdır ki, kommunikasiyalar açılsın və birmənalı olaraq öz problemini özü həll etsin. Türkiyə və Ermənistan arasında sərhədin açılması, sülh sazişi imzalandıqdan sonra daşınma prosesində iştirak etmək zəruridir və 10 Noyabr sazişinə uyğun olaraq Azərbaycan ərazisindən qanunsuz erməni birləşmələri çıxarılmalıdır. Biz qalib ölkə olaraq bu istiqamətdə öz fikirlərimizi söyləmişik və lazımı işlər görülür”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Polad Həşimovun anası Hökümə Əliyevanın həyat yoldaşı ilə görüşdü - VİDEO

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova dekabrın 25-də Aktau yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində hə...

ABŞ-də hücum həyata keçirən şəxs ötən yay İŞİD-ə qoşulub

ABŞ-nin Nyu Orlean şəhərində (Luiziana ştatı) terror aktının təşkilatçısı və icraçısı 2024-cü ilin yayında İŞİD terror təşkilatına qoşulub və hücum zamanı təkba...

Şəhidin qardaşı dünyaya gəldi - FOTO

Vətən müharibəsi şəhidi Yusif Ələsgərovun qardaşı dünyaya gəlib.   Sfera.az xəbər verir ki, şəhidin anası Sevinc Abdullayeva oğul övladı dünyaya gəti...

Moldovadan Rusiya və Ermənistana QADAĞA - Nazirlik AÇIQLADI

Moldova hakimiyyəti bir sıra ölkələrin, o cümlədən Ermənistan və Rusiya aviaşirkətlərinin ölkəyə uçuşuna qadağa qoya bilər.   Sfera.az xəbər verir ki...

Ferdi Tayfur vəfat etdi - FOTO

Türkiyənin məşhur müğənnisi Ferdi Tayfur dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. O, bir müddətdi...

İsrail Suriyanın tank bazasına zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Dəməşqdən 20 km cənubda, Sasa şəhəri yaxınlığında yerləşən keçmiş Suriya ordusunun 90-cı tank briqadasının bazasına hü...