MDB-də ən az pensiyaçı Azərbaycandadır  - Müqayisəli statistika

MDB-də ən az pensiyaçı Azərbaycandadır  - Müqayisəli statistika

2022-ci ilin sonuna aid olan məlumata əsasən Azərbaycan MDB ölkələri arasında hər 1000 nəfərə düşən pensiyaçı sayına görə sonuncu yerdə qərarlaşan ölkələrdəndir.

 

Sfera.az xəbər verir ki, Azərbaycanda 1000 nəfərə düşən pensiyaçı sayı 110 nəfərdir. Son illərdə bu göstərici azalaraq 2015-ci ildə 135 nəfər, 2011-ci ildə 143 nəfər olub.

 

Pensiyaçıların sayının azlığına görə, Azərbaycan yalnız Tacikistandən geri qalır. Tacikistanda hər 1000 nəfərə 76 pensiyaçı düşür.

 

MDB ölkələrində ən çox pensiyaçı Rusiyada, Belarus, Moldova və Ukraynadadır. Bu ölkələrdə 1000 nəfərə 250-285 pensiyaçı düşür.

 

Pensiyaçı sayı Ermənistanda 158 nəfər, Qazaxıstanda 156 nəfər, Qırğızıstan və Özbəkistanda 128 nəfər düşür.

 

Azərbaycanda pensiyaçı sayının azalması pensiya sistemində aparılan islahatlar və saxta yollarla pensiya çıxan şəxslərin aşkarlanması ilə bağlı olub. Bu tədbirlərin nəticəsində ölkəmizdə pensiyaçıların sayı 1,3 milyondan 1,1 milyona qədər azalıb. Pensiyaçıların sayında azalma ilə yanaşı əhali sayında da artım baş verib ki, bunun nəticəsində də hər 1000 nəfərə düşən pensiyaçı sayı xeyli azalıb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR