Ərdoğan Soçiyə “əlidolu” gedir - Putinə bunları TƏKLİF EDƏCƏK

Ərdoğan Soçiyə “əlidolu” gedir - Putinə bunları TƏKLİF EDƏCƏK

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

 

Sfera.az bildirir ki, Soçi şəhərində axşam saatlarında baş tutacaq görüşün gündəliyindəki əsas məsələlər açıqlanıb. Türkiyə mediasının məlumatına görə, prezident Ərdoğan 4 kritik mövzunu müzakirə edəcək.

 

Bunlardan ən mühümü “Taxıl Dəhlizi Sazişi”nin yenidən bərpa edilməsi olacaq. Bu istiqamətdə Putinə təqdim edilmək üçün yeni təkliflər paketi hazırlanıb. Bura tətbiq edilən sanksiyalara görə Rusiya taxılı və gübrəsinin ixracında mövcud ödəniş və sığorta maneələrini aradan qaldırmaq üçün düsturlar da daxildir. Putin Türkiyənin bu təkliflər paketini qəbul edərsə, taxıl dəhlizi yenidən fəaliyyətə başlayacaq.

 

Görüşün ikinci mühüm mövzusu Rusiya-Ukrayna müharibəsi ilə bağlı ədalətli və davamlı sülh danışıqlarının başlanması olacaq:

 

“Prezident Ərdoğan görüşdə il yarımdır davam edən müharibənin təsirlərinin hədsiz dərəcədə artdığını, müharibədə qalibin, ədalətli sülhdə isə uduzan tərəfin olmadığını ifadə edəcək. Türkiyə prezidenti tərəflər arasında davamlı sülhün təmin edilməsi üçün vasitəçi rolunu öz üzərinə götürməyə və birbaşa danışıqlara ev sahibliyi də daxil olmaqla, hər cür dəstəyi verməyə hazır olduğunu bildirəcək”.

 

Türkiyə prezidentinin müzakirə edəcəyi üçüncü mühüm məsələ isə enerji ilə bağlıdır. Xüsusən də sammitdə Rusiya qazının Türkiyə üzərindən Avropaya nəqlinin formulları müzakirə olunacaq.  Digər  mövzu iki ölkə arasında terrorla mübarizə sahəsində əməkdaşlıq olacaq. Ərdoğan iki ölkənin bu sahədə birgə çalışmasının əhəmiyyətini ifadə edəcək, Suriya başda olmaqla bütün terror təşkilatlarına qarşı mübarizədə həmrəylik və koordinasiya içində hərəkət etmənin zəruriliyinə diqqət çəkəcək.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...