\"Qalatasaray\"ın keçmiş ulduzu: \"Qarabağ\"a qarşı oynamaqdansa…\"

10:31 / 03.09.2023
4476
"Qarabağ" və LASK-a qarşı oynamaqdansa, belə klublarla mübarizə aparmağı üstün tuturam".
Sportinfo.az xəbər verir ki, bunu Yunanıstan AEK-inin futbolçusu Nordin Amrabat Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışarkən deyib.
36 yaşlı vinger B qrupunda üz-üzə gələcəkləri “Ayaks” (Niderland), “Marsel” (Fransa) və “Brayton”un (İngiltərə) hörmətə layiq olduğunu söyləyib:
"Onlara qarşı oynamaq çətindir. Lakin həmin görüşləri səbirsizliklə gözləyirəm.