Rusiya hücuma hazırlaşır

Rusiya hücuma hazırlaşır
 
Britaniyanin "The Times” qəzetinin məlumatına görə, Rusiya bu həftə bir hissəsi üsyançıların əlində olan Suriyanın Hələb şəhərinə hücum etmək istəyir. Sfera.az lenta.ru-a istinadən bildirir ki, qəzet Rusiya kəşfiyyatındakı mənbələrinə istinad edir.

Nəşrin iddiasına görə, Rusiya rəsmi Vaşinqtonun seçkilərlə bağlı yaranmış xarici siyasətdəki müvəqqəti diqqətsizlikdən istifadə etmək istəyir. Ani bir hücumla Moskva ABŞ-ı fakt qarşısında qoymaq niyyətindədir.

Hücumun başlama vaxtı "Admiral Kuznetçov” kreyserinin bölgəyə gəlmə vaxtına təsadüf edəcək. Kraliyyət Müdafiə Araşdırmaları Mərkəzinin keçmiş rəhbəri Maylk Klarkın fikrincə 1999-2000-ci illərdə Çeçenistanın mərkəzi Qroznının alınması təcrübəsindən istifadə edəcək Rusiya tərəfi çoxlu insan itkisinə səbəb olacaq.
Qəzet qeyd edir ki, NATO da "Admiral Kuznetçov” kreyserinin bölgəyə gəlməkdə məqsədinin Hələbə hücum etmək niyyətinin olduğu barədə bəyanat vermişdi. Rusiya XİN-i isə belə bir planın olmadığı bildirərək deyilənləri inkar etmişdi.


OXŞAR XƏBƏRLƏR