Almaniyada bir nəfər ukraynalı uşaqlara hücum etdi - Uşağın birini körpüdən atdı
Almaniyada naməlum şəxs ukraynalı uşağı körpüdən atıb, sonra digər uşaqlara butulka atıb.
Sfera.az bildirir ki, istintaqın məlumatına görə, naməlum şəxs uşaqlara ukraynaca danışdıqları üçün hücum edib. Onlardan rus dilində danışmağı tələb edib, lakin uşaqlar imtina ediblər.
Bildirilir ki, hadisə avqustun 26-da, şənbə günü Aşağı Saksoniyanın Eynbek şəhərində baş verib. Təcavüzkar Ukraynadan olan körpüdə oturan bir qrup uşağa yaxınlaşıb. Adam rus dilində danışıb və uşaqların ukraynaca danışmasını bəyənməyib. Həmin şəxs onlardan rus dilinə keçmələrini tələb edib, həmçinin Ukraynanın guya müharibəyə ilk başladığını bildirib.
İstintaq materiallarına görə, uşaqlar tanımadığı şəxslə razılaşmayıblar. Daha sonra hücum edən şəxs əvvəlcə qrupdan bir qızın saçını yolub, on yaşlı digər uşağı isə tutaraq körpünün məhəccərinin üzərinə atıb. Uşaq yıxılaraq məhəccərin altında quraşdırılmış dəmir tirlərə dəyib, başından xəsarətlər alıb
Daha sonra uşağın kanala düşdüyü bildirilir. Şübhəli şəxs uzanıqlı olan uşağa butulka atıb və yalnız bundan sonra qaçıb. Şüşə oğlanın çiyninə dəyib.
Materialda deyilir ki, qalan uşaqlar baş verənləri danışmaq üçün valideynlərinin yanına qaçıblar. Yerli prokurorluq körpüdən atılan uşağın yüngül xəsarətlər aldığını bildirib. O, xəstəxanada müalicə olunsa da, sonra evə buraxılıb.
Prokurorlar hücumun siyasi motivli olduğunu bildiriblər. Polis cinayətkarı axtarır.
Qeyd edək ki, bundan əvvəl, iyun ayında Ukrayna Ombudsman Aparatının nümayəndəsi İrina Suslova sosial xidmətin ukraynalı qaçqınların uşaqlarını Aİ-yə apardığını bildirib. Uşaqları müşayiət edən şəxsdən xaricdə uşağın maraqlarının qanuni təmsil olunması ilə bağlı müvafiq sənədlərin olmaması əsas səbəbdir.