Balıq ovu ilə məşğul olmaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Balıq ovu ilə məşğul olmaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Bu gündən balıqların kürüləmə dövrü ilə əlaqədar 1 may tarixindən sənaye balıq ovuna tətbiq edilən qadağa ləğv edilir.

 

Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, Su Nəqliyyatı Polis İdarəsinin rəis müavini, polis palkovniki Araz Yusifli bildirir ki, bu gündən sənaye balıq ovu ilə məşğul olmaq istəyənlər müvafiq icazə sənədi əldə etməlidirlər.

 

"Həmçinin, Su Nəqliyyatında Polis İdarəsindən ov həvəskarlarına xəbərdarlıq edilib."

 

Belə ki, qanunvericiliklə qadağan olunmuş ov alətlərindən istifadə edənlər qurum tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcək.

 

Araz Yusifli deyir ki, ovlanmış balıq və digər su bioresurları haqqında məlumatları əks etdirən vətəgə jurnalında gündəlik balıq ovu barədə qeydiyyat aparılmalıdır. Su Nəqliyyatı Polis İdarəsi tərəfindən Xəzər dənizi və daxili su hövzələrində gecə-gündüz reydlər həyata keçirilir.

 

Qaydaların pozulması və qanunsuz balıq tutulması halları aşkarlandıqda müvafiq cərimələr tətbiq olunur. Təbiətə vurulmuş ziyan 1000 manatdan artıq olarsa, təqsirkar şəxslər cinayət məsuliyyəti daşıyırlar.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR

Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu AÇIQLANDI

"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər".   Sfera.a...

Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

Bakıda kişi iki arvadı ilə birləşib qonşunu döyüb.   Sfera.az bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.   Həmin...

65 yaşına çatan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə, yəni 65 yaşına çatmış müəllimlərin həmin müəssisədə çalışma müddəti Əmək Məcəlləsini...

Bu rayonun 21 kəndində qaz kəsiləcək

Sabah Sabirabad rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şir...

Bu rayonlarda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.   Sfera.az-ın məlumatına görə, gü...

Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırıldı

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə ...