İraqda yol qəzasında 14 iranlı ölüb

İraqda yol qəzasında 14 iranlı ölüb

Bağdadın şimalında baş verən yol qəzasında əksəriyyəti iranlı zəvvarlar olmaqla ən azı 18 nəfər ölüb.

 

Sfera.az xəbər verir ki, bu barədə “Frans Press” məlumat yayıb.

 

İki mikroavtobusun toqquşması nəticəsində 14-ü İran vətəndaşı olmaqla 18 nəfər həlak olub, 15 nəfər yaralanıb.

 

Qeyd edilib ki, avtobus Kərbəla şəhərinə gedirdi.


OXŞAR XƏBƏRLƏR