“Azərbaycan dili və ədəbiyyatı” Forumunun ikinci günü - FOTOLAR 

“Azərbaycan dili və ədəbiyyatı” Forumunun ikinci günü - FOTOLAR 

“Azərbaycan dili və ədəbiyyatı” Forumunun ikinci günü başlayıb.

 

Sfera.az bildirir ki, forumun ikinci günündə Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Milli Kitabxanasının 100 illiklərinə həsr olunmuş kitab sərgisi də təşkil edilib.

 

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə 1-3 sentyabr tarixlərində Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçirilir.

 

Sentyabrın 1-də Şamaxı şəhərində işə başlayan forum sentyabrın 2-3-də Bakıda “Gülüstan” Sarayında davam edəcək.


OXŞAR XƏBƏRLƏR