Rusiya BMT-nin hansı təklifinə razı olmadı?: “Qərar Soçidə veriləcək”
12:28 / 02.09.2023
7178
BMT-nin Baş katibi Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrova taxıl sazişinin bərpasına yönəlmiş bir sıra konkret təkliflər göndərib.
Sfera.az bildirir ki, bu barədə qurum rəsmisi özü məlumat verib. O, təklifin təfərrüatlarını açıqlamayıb.
“Ciddi şəkildə çalışaraq hər kəs üçün müsbət həll forması tapa biləcəyimizə inanıram”, deyə Quterreş bildirib.
Sözügedən təklif Lavrova Putin-Ərdoğan görüşündən əvvəl gəlib. “The Associated Press” agentliyinin məlumatına görə, Moskva bu təklifdən razı qalmayıb. Səbəb isə heç bir yeni bəndin olmamasıdır. Qeyd olunub ki, faktiki qərar liderlərin Soçidə planlaşdırılan görüşündən sonra veriləcək.
Türkan