Göyçayda küçələrin işıqlandırılması, təmizlənməsi və təmiri işləri davam edir - FOTOLAR

Göyçayda küçələrin işıqlandırılması, təmizlənməsi və təmiri işləri davam edir - FOTOLAR

Son aylar Göyçay rayonunda şəhər və kəndlərin ərazisində küçə və parkların abadlaşdırılması, işıqlandırılması, yaşıllıqların salınması, yolların, səkilərin əsaslı və cari təmir edilməsi, yol kənarlarının, qəbiristanlıqların təmizlənməsi istiqamətində rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən mütəmadi olaraq işlər aparılır.

 

Bu gün şəhərin daha üç məhəlləsi A.Faruq, 20 Yanvar və Vaqif küçələrində elektrik dirəklərində təmir-bərpa işləri aparılaraq işıqlandırıma təmin edilib.

 

Şəhərin 14 küçəsində və 2 park ərazisində piyadaların və avomobillərin axşam saatlarında təhlükəsiz hərəkətini təmin etmək və sakinlərin asudə vaxtlarını parklarda rahat keçirmələri üçün işıqlandırılma bərpa edilib. O cümlədən Heydər Əliyev parkında, Sabir bağı adlanan ərazidə, şəhərin Heydər Əliyev prospektində, Mehdi Hüseyzadə, Nizami, M.Ə.Rəsulzadə, Natəvan, Ə.Kərim, Ə.Səmidli, Vidadi, Həbibi, Ə.Cavad, S.Xəlilov, A.Faruq, 20 Yanvar, Bakı və Vaqif küçələri işıqlandırılıb.

 

Hazırda şəhərin Bakı küçəsinin tam işıqlandırılması üçün təmir işləri aparılır.

 

Rayon İcra Hakimiyyəti başçısının Alxasava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılğı ilə kəndin mərkəzi yolunda qreyderlə hamarlanma işləri görülüb.

 

Görülən işlərlə yanaşı rayonun Cəyirli, Yenikənd və Qarabağlar kəndllərində yol kənarlarında və qəbiristanlıq ərazilərində təmizlik, abadlıq işləri görülüb.

 

Rayon ərazisində görülən işlər planlı və mərhələli şəkildə mütəmadi olaraq davam etdirilir.


OXŞAR XƏBƏRLƏR