Röya iki il konsert verməyəcək - FOTO

Cəmiyyət
11:37 / 02.09.2023
6231
Ötən gün konsert proqramı ilə sevənlərinin qarşısına çıxan Xalq artisti Röya Ayxan konsert öncəsi jurnalistlərin suallarını cavablayıb.
O bildirib ki, qarşıdakı iki il ərzində konsert verməyəcək:
“Bu müddətdə başqa konsertə hazırlaşacağam. Bu müddətdə daha böyük bir konsertə hazırlaşacam”.
Röya Ayxan konsertindəki xərclərlə bağlı açıqlamasında özəl məlumatları sentyabrın 4-ü verəcəyini bildirib.
Qeyd edək ki, bu gün və sabah davam edəcək konsert proqramında Röya Ayxan bir-birindən gözəl ifalarla pərəstişkarlarını sevindirəcək.