Azərbaycanda kibermüharibə yarışı olacaq

Azərbaycanda kibermüharibə yarışı olacaq

Cari ilin oktyabrın 26-27-də Bakıda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri çərçivəsində kibermüharibə yarışı təşkil ediləcək.

 

Bunu Ölkə.az-a Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi Tural Məmmədov Bakıda keçirilən "Kaspersky"nin kiber bilik günü"nə ("Kaspersky Cyber Knowledge Day) həsr olunmuş tədbir çərçivəsində deyib.

 

T.Məmmədovun sözlərinə görə, bu yarışda dövlət qurumları ilə yanaşı özəl sektorun nümayəndələri də iştirak edəcək:

 

“Bu yarışda kritik infrastruktura sadiq dövlət qurumları, banklar, mobil operatorlar, maliyyə sektoru, internet provayderlərin komandaları iştirak edəcək. Virtual kiber hücum həyata keçiriləcək və komandalara verilmiş virtual sistemlər vasitəsi ilə infrastrukturu necə qoruyacaqları yoxlanılacaq.

 

Bu yarışla paralel kiberhəllər sərgisi keçiriləcək ki, burada da beynəlxalq vendorların məhsulları, həlləri ilə tanışlıq mümkün olacaq. Eyni zamanda paralel olaraq təhlükəsizlik konfransı və təlimlər təşkil olunacaq”.


OXŞAR XƏBƏRLƏR

Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu AÇIQLANDI

"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər".   Sfera.a...

Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

Bakıda kişi iki arvadı ilə birləşib qonşunu döyüb.   Sfera.az bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.   Həmin...

65 yaşına çatan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə, yəni 65 yaşına çatmış müəllimlərin həmin müəssisədə çalışma müddəti Əmək Məcəlləsini...

Bu rayonun 21 kəndində qaz kəsiləcək

Sabah Sabirabad rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şir...

Bu rayonlarda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.   Sfera.az-ın məlumatına görə, gü...

Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırıldı

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə ...