90-ların “Seks bomba”sı “Pandora” reklamının yeni siması oldu - FOTO
55 yaşlı amerikalı aktrisa və model Pamela Anderson “Pandora” ilə yeni modellik müqaviləsi bağlayıb. Aktrisa təbii gözəlliyini və laboratoriyada yaradılmış üç yeni almaz kolleksiyasını nümayiş etdirib. Bu barədə zərgərlik evi ulduzlu foto və video yerləşdirməklə məlumat verib.
Sfera.az bildirir ki, “Pandora” zərgərlik evi laboratoriyada süni şəkildə yaradılmış brilyantlarla qızıl və gümüş kolleksiyasını təqdim edib.
Keçmiş “Seks bomba” ağ şalvar kostyumu və krem ipək koftada, demək olar ki, görünməyən makiyajla şəkil çəkdirərkən gözəlliyi ilə işıq saçıb.
“Vogue”un kreativ direktoru Qreys Koddinqton və model Precious Linin də yer aldığı reklamda parıldayan zinət əşyalarını nümayiş etdirən Pamela Anderson, "Həyatda bir dəfə heç vaxt kifayət deyil"deyir.
“Pandora”nın "Brilyantlar Hamı üçün" kampaniyası qadınların almaz zinət əşyalarını xüsusi hallar üçün saxlamağa ehtiyac olmadığını vurğulamaq üçün yaradılıb.
Reklamda Pamela, sarı və ağ qızıldan hazırlanmış bir neçə bilərzik (1550 dollar), eləcə də qolbaqlarına uyğun gələn bükülmüş qızıl üzük (1650 dollar) daxil olmaqla dörd brilyant üzük nümayiş etdirir.
Anderson açıqlamasında "Bunların laboratoriyada yetişdirilmiş brilyantlar olduğunu və zərgərlik məmulatlarının təkrar emal edilmiş gümüşdən və qızıldan hazırlandığını bilmək mənim üçün çox xoşdur"-deyə bildirib.
Aynil
Sfera.az