Elon Musk transseksual oğlunu kommunist adlandırdı
Elon Musk transseksual uşağı Vivianı “istənilən zəngin adamın pis olduğuna inanan kommunist" adlandırıb.
Sfera.az bildirir ki, Mask Santa Monikada özəl lisey “Crossroads”ı övladının beynini yumaqda günahlandırır.
Elon Musk transseksual oğlundan ağrılı şəkildə uzaqlaşmasından danışın və onu "kommunist" adlandırıb.
Keçən il Maskın Castin Uilsonla ilk evliliyindən olan 19 yaşlı oğlu Xavier qanuni olaraq cinsini qadına dəyişib və adını Vivian Jenna Wilson olaraq dəyişdirib. Məhkəmə sənədlərində artıq Tesla milyarderi atası ilə əlaqə qurmaq istəmədiyini bildirib.
Elon Mask ikinci həyat yoldaşı Talulah Riley və əkizləri Xavier və Griffin
“Wall Street Journal”da dərc olunan Mask haqqında gələcək tərcümeyi-halından bir parçada müəllif Walter Isaacson Maskın oğlu Vivianla qarşıdurmasının ona ilk oğlu Nevadanın körpə ölümündən sonra həyatında hər şeydən çox ağrı gətirdiyini yazır. Qeyd edək ki, Nevada ani körpə ölümü sindromu səbəbiylə 10 həftəlik ikən vəfat edib.
İsaaksonun sözlərinə görə, milyarder övladının transseksual keçidini ilk dəfə öyrənəndə ümumiyyətlə optimist olub, lakin Jenna da adlandırılan Vivian ifrat marksist fikirlər söyləməyə başlayanda və bütün əlaqələri kəsmək niyyətini bəyan edəndə hər şey dəyişib.
“O, sosializmdən kənara çıxdı, tam kommunist oldu və zəngin olan hər kəsin pis olduğunu düşünür”- deyən Mask, günahı qismən Santa Monikada illik təhsil haqqının 50.000 dollar olan “Crossroads”da görür, həmin məktəbi günahlandırır. Bunu Mask müəllifə açıqlamasında bildirib.
Bioqraf deyir ki, Maskın Viviandan ağrılı şəkildə ayrılmasında, milyarderin bəşər sivilizasiyası üçün təhlükə kimi gördüyü və keçən il Twitter-i 42 milyard dollara satın almasına səbəb olan "oyanış" ideologiyası da qismən məsuliyyət daşıyır.
Mask müəllifə deyib: “Əgər biz oyanmış şüurun anti-elmi və anti-insani olan virusunu dayandırmasaq, sivilizasiya heç vaxt çox planetli olmayacaq”.
Mask əvvəllər Vivianla aralarında yaranan fikir ayrılığına görə məktəbləri günahlandırsa da, ilk dəfə məktəbi birbaşa kəsişmə adlandırır və onu beyinlərin yuyulmasında günahlandırır.
Yeri gəlmişkən, “Crossroads” (“Kəsişmə”) 1971-ci ildə dünyəvi məktəb kimi təsis edilib. Əvvəlcə Santa Monikada dəniz kənarında yerləşən Müqəddəs Avqustinin Yepiskop Kilsəsi ilə əlaqələndirilmişdir. Müəssisə daha sonra Hollivud ulduzlarının gələcək nəsli üçün nüfuzlu akademiyaya çevrilib.
“Crossroads” məzunları arasında Zooey Deschanel, Jonah Hill, Jack Black, Kate Hudson və Gwyneth Paltrow kimi bir çox məşhurlar var.
LeBron James'in oğulları Bronnie və Bryce də “Crossroads”da təhsil alıb.
Məktəbin fəlsəfi bəyanatında deyilir: “Biz hesab edirik ki, uşaqların unikallığı onların mövcudluğunda özünü göstərir və məktəbin vəzifəsi onlarda fitri istedad və həyat sevinci hissini aşılamaqdır”.
“Crossroads” məzunlarından birinin də qeyd etdiyi kimi:
“Bütün tələbələr əsasən qrup terapiyası olan Həyat Bacarıqları adlı kursu keçir. Orada hisslərimiz haqqında danışırıq, sanki onlar Pifaqor teoremi qədər vacibdir”
Qeyd edək ki, Maskın birinci həyat yoldaşı Justine Wilsondan beş, keçmiş sevgilisi Qraymsdan iki və “Neuralink”in baş direktoru Siobhan Zilisdən ikisi daxil olmaqla ümumilikdə doqquz övladı var.
Aynil
Sfera.az