Yola tullantı atan kuryeri hansı cəza gözləyir? - AÇIQLAMA

Yola tullantı atan kuryeri hansı cəza gözləyir? - AÇIQLAMA

Bakıda kuryer motosikletində əyləşən sərnişinin hərəkət vaxtı qeyri-etik davranışı narazılığa səbəb oldu.

 

Sfera.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Kadrlardan aydın olur ki, kuryer şirkətlərinin birinə aid motosikletdəki sərnişin içki butulkasını qəfildən yolun hərəkət zolağına atır.

 

Sərnişinin bu davranışı digər sürücülərin narazılığına səbəb olmaqla bərabər, hərəkət iştirakçılarına təhlükə də törədib.

 

 

Görüntülərlə əlaqədar Oxu.Az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis leytenantı Elvin Hacıyev həmin şəxsləri hansı cəzanın gözlədiyini izah edib. O xüsusilə vurğulayıb ki, “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələbinə əsasən, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır:

 

“Buna görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, 40 manat məbləğində cərimə nəzərdə tutulub. Yəni nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsindən çölə hər hansısa bir əşya atdığı zaman İnzibati Xətalar Məcəlləsinə əsasən 40 manat məbləğində cərimə olunur.

 

Nəqliyyat vasitəsində əyləşən sərnişin çölə hər hansı bir əşyanı, tullantını atdığı zaman isə İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən 30 manat məbləğində cərimə nəzərdə tutulur. Hər bir vətəndaş ətraf mühitin qorunmasında öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, təmizliyə riayət edilməsində məsuliyyətli olmalıdır”.


OXŞAR XƏBƏRLƏR

Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu AÇIQLANDI

"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər".   Sfera.a...

Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

Bakıda kişi iki arvadı ilə birləşib qonşunu döyüb.   Sfera.az bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.   Həmin...

65 yaşına çatan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə, yəni 65 yaşına çatmış müəllimlərin həmin müəssisədə çalışma müddəti Əmək Məcəlləsini...

Bu rayonun 21 kəndində qaz kəsiləcək

Sabah Sabirabad rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şir...

Bu rayonlarda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.   Sfera.az-ın məlumatına görə, gü...

Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırıldı

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə ...