Peskovdan Putin-Ərdoğan görüşü ilə bağlı AÇIQLAMA: “Günorta saatlarında..”

Peskovdan Putin-Ərdoğan görüşü ilə bağlı AÇIQLAMA: “Günorta saatlarında..”

Dmitri Peskov Türkiyə prezidentinin səfərindən danışıb.

 

Sfera.az bildirir ki, o, jurnalistlərə açıqlamasında liderlərin Soçi görüşünü təsdiqləyib. Peskov qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın səfəri sentyabrın 4-nə təsadüf edəcək.

 

“Danışıqlar bazar ertəsi Soçidə keçiriləcək. Yəqin ki, bu, günorta saatlarında baş tutacaq”, - Kreml sözçüsü bildirib.

 

Məlumata görə, bu, iki lider arasında taxıl müqaviləsi başa çatdıqdan sonra ilk görüşdür. Onlar sonuncu dəfə 2022-ci il oktyabrın 13-də Astanada görüşüblər. Eyni zamanda, Putinlə Ərdoğan arasında axırıncı telefon danışığı avqustun 2-də baş tutub.

 

Türkan


OXŞAR XƏBƏRLƏR