\"Toyuq ətindən hazırlanmış farşlara sümük qatılır, öldürücü bakteriya və...\" - Marketlərdən pulla aldığımız TƏHLÜKƏ

\

Marketlərdə alıcılara müxtəlif firmalara məxsus toyuq əti və toyuq ətindən hazırlanmış farşlar təqdim olunur. Bəzi hallarda isə cəmiyyətə çox da tanış olmayan brendlərin də belə məhsullarının ucuz qiymətə təklif edildiyini görürük. Aşağı qiymətlərlə satışa çıxarılan toyuq əti isə alıcıların diqqətini çəkir.

 

Maraqlıdır, marketlərdən toyuq məhsulları alarkən hansı məqamlara diqqət yetirməliyik? Keyfiyyətsiz məhsulu ayırd etməyin yolu varmı və ümumiyyətlə, belə məhsullara güvənmək olarmı?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov marketlərdə satılan toyuq məhsullarının bəzi hallarda qida zəhərlənmələrinə səbəb olduğunu deyib:

 

"Toyuq məhsullarını alarkən maksimum diqqətli olmaq lazımdır, çünki toyuqda olan "Salmonella" adlı bakteriya öldürücü gücə malikdir. Bakteriya əsasən qanadlı heyvanlarda, onların yumurtalarında mövcud olur. Bu bakteriyanın miqdarı normal həddi aşmırsa, öldürücülük yaratmır, amma toyuq kəsimindən sonra ət düzgün şərtlər altında saxlanılmasa, marketlərdə və digər müəssisələrdə emal proesinə riayət olunmasa, bu, qida zəhərlənməsinə gətirib çıxarar".

 

Ekspert bəzən marketlərdə təqdim olunan çəkilmiş toyuq ətinin içərisində qidaya yararlı olmayan hissələrin də olduğunu bildirib:

 

"Bəzən toyuq farşları alıcılara ucuz qiymətə təqdim olunur. Bu da əksər hallarda farşın hazırlanmasında ətin çıxıntılarından yox, sümükdən də istifadə edilməsindən qaynaqlanır. Biz belə halların qarşısının alınması üçün toyuq ətini çəkilmiş halda yox, bütöv halda almağı məsləhət görürük. Yaxud, toyuğun sinə hissəsini almaq, evdə və ya marketdəcə qiymə halına gətirmək olar. Bu, ən təhlükəsiz variantdır. Marketdə satılan çəkilmiş toyuq ətlərinin içində ətin, sümüyün, ümumiyyətlə nəyin olduğu bilinmir. Toyuğun tullantı hissəsini farş edib satanlar var və buna görə bacardığımız qədər bu tip hazır versiyalardan uzaq olmalıyıq. Eyni zamanda ətin bişirilmə qaydasında, daşınmasında qırılmalar olmasa, qida zəhərlənmələri halı da baş verməz".

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...