Neftçalada 53 yaşlı kişi güllələndi

Neftçalada 53 yaşlı kişi güllələndi

Sentyabrın 1-də səhər saatlarında Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1970-ci il təvəllüdlü şəxsin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sfera.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini, 1994-cü il təvəllüdlü Hüseynov Hüseyin müəyyən edilərək saxlanılıb, ondan cinayət aləti olan ov tüfəngi götürülüb.

 

“Report”un Aran bürosu xəbər verir ki, yaralının dediyinə görə, əkin sahəsini sulamaq üstündə qonşusu Hüseyn adlı şəxslə mübahisə yaranıb və qonşusu onu güllə ilə vurub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR