Livandakı səfirliyimizə hücumun PƏRDƏARXASI: “Təxribatların arxasında...”

Livandakı səfirliyimizə hücumun PƏRDƏARXASI: “Təxribatların arxasında...”

“Ermənilərin bu cür təxribatlara əl atması təəccüblü deyil”.

 

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Azərbaycanın Livandakı səfirliyinə hücumla bağlı danışarkən deyib.  Müsahibimiz hazırda həm Ermənistan, həm də Qarabağ erməniləri üçün çətin mərhələnin olduğunu vurğulayıb:

 

“Onlar Azərbaycanın diplomatik uğuru ilə üz-üzə qalıblar və narahatdırlar. Provokasiya cəhdləri də məhz həmin narahatlığın təzahürüdür.  Ermənilər əvvəllər də oxşar təxribatlar törədiblər. İrandakı səfirliyimizə hücumun da pərdəarxası detalları indiyədək məlum deyil. Ermənilər bu cür hərəkətlərlə reinteqrasiya və sülh sazişinə mane olmağa çalışırlar”.

 

Ekspert bildirib ki, törədilən təxribatların arxasında erməni diasporunun olması istisna deyil:

 

“Livanda xeyli erməni var. Düşmən bu cür təxribatçı addımlarla nəyəsə nail ola bilməz. Əksinə, provokasiyalar əks effekt verəcək.  Rəsmi Bakı məsələnin araşdırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını ciddi şəkildə tələb etməli, beynəlxalq ictimaiyyətə Ermənistanın terror dövləti olduğu bir daha izah olunmalıdır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...