Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibə keçiriləcək

Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibə keçiriləcək

Sentyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi islam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi keçirəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.

 

Müsahibənin 4-8 sentyabr tarixlərini əhatə edən birinci mərhələsində qadın dini ayinlərin icraçısı, 11-19 sentyabr tarixlərini əhatə edəcək ikinci mərhələsində isə imam və imam müavini vakansiyaları üzrə müraciət edən namizədlərin seçimi aparılacaq.

 

Qeyd edək ki, 3 may-3 iyun tarixlərində sənəd qəbulu aparılan 19 vakant vəzifəyə (6 qadın dini ayinlərin icraçısı, 3 imam, 10 imam müavini) 113-ü qadın olmaqla, 293 nəfərin müraciəti qeydiyyata alınıb.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müəyyənləşdirdiyi Müsahibə komissiyası tərəfindən aparılacaq seçimlər Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil ediləcək. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat verilir. Müsahibə komissiyası hər biri ilahiyyatçı olmaqla 7 nəfər üzvdən ibarətdir.

 

Müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scwra.gov.az) yerləşdiriləcək. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha müvafiq vəzifəyə təyin olunacaq.

 

Xatırladaq ki, “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edilməsi barədə Azərbaycan Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb. Bu qaydaya əsasən Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr təşkil edilir.


OXŞAR XƏBƏRLƏR

Davranışlar gələcək nəsillərə ötürülə bilir - YENİ TƏDQİQAT

Elm adamları epigenetika sahəsində apardıqları son araşdırmalarda maraqlı nəticələr əldə ediblər.    Sfera.az xəbər verir ki, insanın qidalanma ...

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

İyulun 16-19-da, əsasən, gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. &nb...

"Azər Türk Bank" birinci yarım ili yüksək göstəricilərlə başa vurdu

Dövlət bankı "Azər Türk Bank"ın 01 iyul 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,2% artaraq, 1,9 milyard manat səviyyəs...

Türkiyənin hava məkanında REKORD GÖSTƏRİCİ

İyulun 13-də Türkiyə üzərindən 1745 tranzit uçuş baş tutub ki, bu da indiyədək qeydə alınmış rekord göstəricidir.     Sfera.az xəbər verir...

Renat Dadaşovun yeni komandası bəlli oldu

Futbol üzrə Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni komandası bəlli olub.   Sfera.az xəbər verir ki, hücumçu Polşanın "Motor ...

Şəxsi məlumatları ələ keçirən dələduz həbs edildi - DİN

Vətəndaşların şəxsi məlumatları əsasında kütləvi maliyyə dələduzluğu, ayrı-ayrı şəxslərin bank hesablarına saxta sorğular verməklə pul vəsaitlərini talayan şəxs...