Azərbaycanda “Aİ-95” benzini niyə ucuzlaşmır? - Səbəb

Azərbaycanda “Aİ-95” benzini niyə ucuzlaşmır? - Səbəb

Son bir ildə dünyada neft qiymətlərinin xeyli azalmasına baxmayaraq Azərbaycanda “Aİ-95” markalı avtomobil benzininin qiyməti enmir.

 

Sfera.az xatırladır ki, 2022-ci ilin iyulun 13-də “Aİ-95” markalı benzinin bir litrinin  pərakəndə satış qiyməti 0,4 manat artırılaraq 2 manata çatdırılıb.

 

Həmin dövrdə “Brent” markalı neftin bir barelinin qiyməti 115 dollar səviyyəsində idi. Hazırda isə “Brent” neftinin qiyməti 87 dollardır və son aylarda qiymət təxminən bu səviyyədə dəyişir.

 

Müqayisə göstərir ki, hazırki qiymətlər bir il əvvəlki qiymətlərdən 28 dollar, yəni 24 faiz aşağıdır. Neft qiymətlərindəki mövcud dəyişikliyi nəzərə aldıqda “Aİ-95” benzinin qiymətinin  yenidən ən azı 1,6 manata salınması mümkündür.

 

Lakin bu baş vermir. Bunun səbəbini makroiqtisadi amillərlə izah etmək olar.

 

Son illərdə Azərbaycanda “Aİ-95” markalı benzinin qiymətinin enməsi bu markadan olan benzinin idxalını xeyli artırmışdı. İdxal miqdarının artması isə böyük məbləğdə vəsaitin xaricə göndərilməsinə səbəb olurdu. Bu hal Azərbaycan hökumətini məmnun etmədiyindən səlahiyyətli qurumlar “Aİ-95” benzininin daxildə daha çox istehlak edilməməsi üçün onun qiymətini yüksəltdi.

 

2019-cu ilin məlumatına əsasən Azərbaycana 53,8 min ton “Aİ-98” benzini idxal edilib. Bu qədər məhsulun idxalına 40,7 milyon dollar xərclənib.

 

“Aİ-95” markalı benzinin idxal miqdarı 2021-ci ildə 147,4 min tona, idxal xərci 111,1 milyon dollara yüksəlib. 2022-ci ildə qiymətlərin 2 manata çatdırılmasından sonra benzinin idxal miqdarı 99,5 milyon dollar, idxal xərci 102,5 milyon dollara düşüb.

 

2023-cü ilin birinci yarısında isə idxal miqdarı 39,9 min tona, idxal xərci 36,7 milyon dollara geriləyib. Dinamika göstərir ki, bu ilin ikinci yarısında da idxal miqdarı və dəyərində azalma baş verəcək.

 

Azalma qeyd etdiyimiz kimi, yüksək qiymət hesabına baş verir. Qiymətlər yüksək olduğundan avtomobil sürənlər daha ucuz benzindən istifadə edir və “Aİ-95” benzinin istehlakı azalır.

 

Azərbaycanda “Aİ-95” benzinin qiymətinın 2024-cü ildə enməsi mümkündür. Çünki gələn ildən ölkəmizdə də “Aİ-95” markalı benzinin istehsalı planlaşdırılır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Türkiyədə zəlzələ oldu

Türkiyənin Ərzurum şəhərində 4,5 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.   Yeraltı təkanla...

Uşaqlıqdan siqaret çəkməyin sağlamlığa ciddi fəsadları məlum olub

Dartmut Kollecinin Geisel Tibb Məktəbindən və digər elmi müəssisələrdən olan amerikalı alimlər müəyyən ediblər ki, uşaqlıqda siqaret çəkmək yetkinlik dövründə x...

Mühəndis 100 il sonra gerçəkləşən gələcəklə bağlı proqnozlar verdi

1925-ci ildə ingilis ixtiraçı, mühəndis və fizik Arçibald Montqomeri Lou gələcək həyat haqqında öz proqnozlarını dünyaya təqdim etdi. Onun “Gələcək”...

"İlon Maskın psixi vəziyyəti pisləşir, təhlükə artır..." - Bioqrafdan qorxudan AÇIQLAMA

Amerikalı sahibkar İlon Maskın bioqrafı Set Abramson deyib ki, milyarderin psixi vəziyyəti getdikcə pisləşir və bu onu ABŞ üçün potensial təhlükəli edir. Sfe...

Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır -İlham Əliyev

Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram, yəni, bu, xüsusi bir hissdir. Bunu yəqin ki, bir ç...

"Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir"

Azərbaycan cəmiyyəti artıq öz mövqeyini ortaya qoyub və Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir, böyüyür.   Sfera.a xəbər verir k...