Tələbə axını Bakının kirayə bazarında qıtlıq yaradıb – Qiymətlər isə...

Tələbə axını Bakının kirayə bazarında qıtlıq yaradıb – Qiymətlər isə...

Avqustun 30-da 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan edlib. Bunun ardınca isə tələbələrin kirayə mənzil problemi yenidən gündəm olub.  İxtisas seçimi nəticələrinin avqustun sonuna kimi uzanması isə prosesi daha da çətinləşdirib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, hər il avqustun sonundan başlayaraq sentyabrın sonuna qədər daşınmaz əmlak bazarına ciddi müştəri axını olur:

 

“Bu səbəbdən mənzil qıtlığı yaranır və qiymətlərdə artım müşahidə olunur. Qiymət artımının əsas səbəblərindən biri tələbələrdir. Həm də Bakıda 2016-cı ildən başlayaraq pilot layihələr üzərindən söküntü işləri getdiyinə görə yerli sakinlərin bir qismi məcburən uzunmüddətli kirayəyə köçməli olub. Ali məktəblərə yeni qəbul olan tələbələrlə yanaşı, yuxarı kurs nümayəndələri də mənzil axtarışına çıxırlar. Onlar ya əvvəldən kirayə ev tapırlar, ya da qaldıqları mənzillərin yay aylarında da pulunu ödəyərək növbəti tədris ilində yarana biləcək çətinliyi aradan qaldırırlar. Təxminən avqust ayının ortalarından artıq tələbələr mənzil axtarışına çıxırlar. Hazırda kirayə mənzil bazarında qiymət artımları ilə yanaşı, qıtlıq da müşahidə olunur”.

 

Müsahibimiz bildirib ki, söküntü işləri sürətlə davam etdiyinə görə yaxın on ildə paytaxtın bir çox rayonlarında ucuz kirayə mənzillər əlçatan olmayacaq:

 

“Köhnə binalardakı mənzillər yeni tikililərlə əvəzlənir. Burada da mənzillər köhnələrə nisbətən iki dəfə baha qiymətə təklif olunur. Bu isə tələbələrin ev tapmasında ciddi problemlər yaradır. Digər tərəfdən, qiymətlərə görə normalda bir otaqlı mənzildə iki tələbə qalmalı olduğu halda, bu say 3-4 nəfərə kimi artır. Qeyd edilən problem illər keçdikcə daha da qloballaşacaq. Bunun yeganə həll yolu köhnə tələbə yataqxanalarını sökmək, yerində müasir tipli, çoxmərtəbəli yataqxanalar inşa etməkdir. Bu zaman kirayə mənzil bazarında qiymətlərdə stabilləşmə olar, həm də tələbələrin ev probleminin böyük qismi aradan qalxar”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Müəmmalı şəkildə yoxa çıxan tarixi əsərlər - FOTOLAR

Arxeoloji tədqiqatlar nəticəsində bir çox tarixi əsərlər üzə çıxarılır. Lakin bəziləri üzə çıxsa və lazımi qaydada qorunsa da, müxtəlif səbəblərdən yoxa çıxır. ...

Keçi cinsi orqanı ilə ilə sərvət qazanan həkimin tapdığı maraqlı "müalicə" üsulu

Tarix indiyə qədər maraqlı müalicə üsulları görüb. Bu gün "alternativ tibb" adlanan şey, keçmiş illərdə bir çox insanın kor-koranə inandığı bir təcrüb...

Dünyanın ən böyük hava limanı 120 milyon sərnişinə xidmət göstərəcək - FOTO

2030-cu ildə Ər-Riyadda (Səudiyyə Ərəbistanı) Kral Salman Beynəlxalq Hava Limanının açılışı planlaşdırılır. Altı nəhəng uçuş-enmə zolağına malik hava limanı 23 ...

Ermənistanın kapitulyasiya aktına imza atmasından dörd il ötür

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum - sülhə məcburetmə əməliyyatları nəticəsində ağır itkilər verən, ordusu darmadağın edilən Ermənistan 2020-ci il ...

Almaniya Kansleri İlham Əliyevə zəng etdi

Noyabrın 9-da Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.   Sfera.az xəbər ...

Təyyarədə uçuş zamanı qapını açmağa çalışdı, stüardessanı girov götürdü - İlginc HADİSƏ

Panamada təyyarənin sərnişini uçuş zamanı qapını açmağa çalışıb və ekipaj tərəfindən zərərsizləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə "Dai...