Finlandiyanın ən məşhur cinayətlər seriyası - Qorxu filmləri kimi hadisə

Finlandiyanın ən məşhur cinayətlər seriyası - Qorxu filmləri kimi hadisə

Finlandiyadakı Bodom gölü çoxlu sirli hadisələrə və qətllərə ev sahibliyi edir.
 

Sfera.az bu cinayətlər seriyasından ən məşhuru haqqında yazını sizə təqdim edir.
 

İlk hadisə 1960-cı ildə 4 gənc sevgilinin Bodom gölünün sahilində düşərgə saldığı vaxt baş verib.

 

Göl sahilində tək çadırda qalan dörd dostdan üçü səhər saatlarında ölü tapılıb.


Dördüncüsü isə vəhşicəsinə yaralanıb. Bununla, 4-cü yaralanan şəxs Bodom gölündəki qətlin əsas şübhəlisinə çevrilib.
Sözügedən qətldən sonra bir quş müşahidəçisi sarışın bir kişinin hadisə yerini tərk etdiyini görüb.
 

Yəni 4-cü şəxsin şübhəli olması ehtimalı aradan qalxıb.

Polis qrupları hadisə yerində araşdırma apararkən bütün gəncləri çadırın kənarında tapıblar. Belə ki, qatil onları yatarkən bıçaqlamaq əvəzinə, onları oyadıb və bilərəkdən çöldə hücum edib.

 

Bundan başqa, cinayət yerindən bir neçə maddi sübut olacaq əşya da olmayıb.
 

Məsələn, gəncin motosikletlərindən birinin açarı alınsa da, motosiklet yerində qalıb. Geyimlərin bəziləri düşərgədən bir neçə kilometr aralıda olub.
Hadisə ilə bağlı daha təfərrüatlı araşdırma tələb olunsa da, polis qrupları o qədər də dərin araşdırma aparmayıb.


Polis heç vaxt hadisə yerini bağlamayıb və tapılan sübutların heç bir rəsmi qeydi olmayıb. Elə buna görə də cinayət yeri ora gedən düşərgəçilər tərəfindən talan edilib.
 

İctimai reaksiyalardan sonra polis qrupları cinayətlərlə əlaqəsi ola biləcək şübhəliləri toplamağa başlayıb.


İlk şübhəli şəxs Bodom gölü yaxınlığında anbarı olan Karl Valdemar Gyllström olub.
 

Gyllstörmü tez-tez Bodom gölünü ziyarət edərkən, düşərgəçilərin çadırlarını kəsərkən və onlara daş atatkən yerli sakinlər tez-tez görürdülər. Hətta bəzi şahidlər onun hadisə yerindən getdiyini də görüblər.

 

Buna baxmayaraq, polis yenə də araşdırma aparmayıb və yeganə şübhəli Gyllström qətllərdən 9 il sonra Bodom gölündə boğulub.


Gyllströmün ölümündən sonra da cinayət işi açıq qaldığı üçün, 2004-cü ildə yeni bir şübhəli ortaya çıxıb. Bu, Bodom gölünün yaxınlığında yaşayan keçmiş KQB agenti Hans Assmann olub.
 

O, heç bir ittihamı qəbul etməsə də, casusluq tarixinə görə yeni şübhəli olub.

 

Ətraflı araşdırmalardan sonra məlum olub ki, Hans Assmann hadisə baş verən gün dırnaqları çirkli və qanlı halda yaxınlıqdakı xəstəxanaya gedib və hətta tibb bacısı bu barədə polisə məlumat verib.


Lakin polis hadisəni ciddiyə almadığı üçün Assmann izlənməyib.
 

Şahidlərin dediyinə görə, qatil sarışın və saçları Assmanın saçları ilə eyni uzunluqda olub. Şübhəli haqqındakı bu məlumatı oxuduqdan sonra Assmanın saçını dərhal kəsdirməsi ilə bütün şübhələri üzərinə çəkib.


Şübhələr birmənalı olsa da, düz 44 il sonra cinayətdən sağ çıxan 4-cü şəxs Nils Qustafsson qətlə görə həbs edilib.


Polis qrupları Qustafssondan əvvəldən şübhələndiklərini və əllərində dəlillər olduğunu bildiriblər. Çünki Qustafsson qətldən bir öncəki gecə dostları ilə dava edib.
Qustafsson həbs olunsa da, bir il sonra yenidən bütün ittihamlardan bəraət alıb.


Bununla da bu qətl Finlandiyanın ən uzun müddət açılmamış cinayəti olaraq qalıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...