Hakan Fidan Lavrovla hansı məsələləri müzakirə edəcəklər? – Gündəlik açıqlandı

Hakan Fidan Lavrovla hansı məsələləri müzakirə edəcəklər? – Gündəlik açıqlandı

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan digər məsələlərlə yanaşı, Türkiyə-Ermənistan münasibətlərinin nizamlanması mövzusunu da müzakirə edəcəklər.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

“Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesinin bərpası, nəqliyyat və kommunikasiyalar blokunun açılması, münaqişədən sonra regionun bərpası məsələlərinin hərtərəfli təhlili planlaşdırılır”, - məlumatda bildirilir.

 

Qeyd edək ki, sentyabrın 1-də Rusiya xarici işlər nazirinin dəvəti ilə Türkiyənin xarici işlər naziri ikitərəfli və beynəlxalq gündəliyin geniş spektri üzrə danışıqlarda iştirak etmək üçün Moskvaya işgüzar səfərə gedəcək. Bu, H.Fidanın Türkiyə xarici işlər naziri kimi Rusiyaya ilk səfəridir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...