Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 30-u saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

 

Bu barədə Sfera.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

 

"Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.


OXŞAR XƏBƏRLƏR