Rəis təqdimat verdi, nazir 3 nəfəri işdən çıxardı
Cəmiyyət
21:20 / 30.08.2023
6716
Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun təqdimatı əsasında 3 rəis vəzifəsindən azad edilib.
Sfera.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov əmrlər imzalayıb.
Əmrlərə əsasən, Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovnik-leytenantı Azər Musa oğlu Hacıyev, 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovniki Namiq Vəli oğlu Qocayev və Penitensiar xidmətin Təchizat idarəsinin rəisi ədliyyə polkovnik-leytenantı Mürsəl İslam oğlu Zeynalov nöqsanlara görə işdən çıxarılıb.