Musa Qurbanlı İsveç çempionatında rəmzi komandaya düşüb

13:50 / 29.08.2023
6056
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveç çempionatında XXI turun rəmzi komandasına düşüb.
Sfera.az-ın məlumatına görə, “Deqerfors”la görüşdə 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan “Yurqorden”in üzvü ən yaxşı üç hücumçudan biri seçilib.
Onun performansı 8,7 balla qiymətləndirilib. Ən yüksək xala “Hammarbü”nün yarımmüdafiəçisi Nahir Besara (9,2) layiq görülüb. Qurbanlı ilə yanaşı, “Yurqorden”in müdafiəçisi Markus Danielson da rəmzi “11-liy”ə salınıb.
Qeyd edək ki, “Yurqorden” “Deqerfors”u 4:1 hesabı ilə məğlub edib.