Nazirliyin keçmiş idarə rəisi HƏBS EDİLDİ - FOTO

Nazirliyin keçmiş idarə rəisi HƏBS EDİLDİ - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Alim Əlizadə həbs edilib.

 

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, A.Əlizadə barəsində Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.2 və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda və təkrar törədilməklə) maddələri ilə açılmış işin istintaqı başa çatıb. İşə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə baxılıb.

 

Məhkəmədə bildirilib ki, ETSN-in Meşələrin İnkişafı Xidmətinin Meşə Təsərrüfatı Mərkəzinin keçmiş direktoru İlqar Qəribov 2020-ci ildə vəzifədən azad edilib. İşində yol verdiyi nöqsanlara görə barəsində cinayət işi açılan və həbs edilən İ.Qəribovun yerinə həmin vaxt 1983-cü il təvəllüdlü Alim Əlizadə təyin edilib. Lakin sonradan A.Əlizadənin də oxşar əməllər törətməsi barədə hüquq-mühafizə orqanlarına müraciətlər daxil olub. Bir neçə ay əvvəl A.Əlizadə işdən çıxarılıb və barəsində cinayət işi açılıb.

 

Bildirilib ki, A.Əlizadə İsmayılı, Oğuz və Qəbələ rayonlarında meşə təsərüfatına məxsus ərazilərdə obyektlərin tikilməsi, söhbətgahların salınması məqsədilə müxtəlif şəxslərdən rüşvət qismində külli miqdarda pul alıb.

 

Məhkəmədə A.Əlizadə özünü təqsirli bilməyib və ona müraciət edən iş adamlarına yalnız məsləhət verdiyini deyib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əlizadəyə 8 il 6 ay müddətinə həbs cəzası verilib.

 

Fotoda: Həbsdə olan digər idarə rəisi İlqar Qəribov

 


OXŞAR XƏBƏRLƏR

Prezident İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” m...

Azərbaycanda müəllimləri sevindirəcək xəbər

Müəllimlərə yeni çoxfunksiyalı güzəştli kart veriləcək.   Sfera.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu tər...

Dövlət qulluğuna qəbul imtahanı keçirilir

İyulun 20-də Dövlət İmtahan Mərkəzi Bakı və Naxçıvan şəhərlərində dövlət qulluğu vəzifələrinin A və B növünə aid vəzifə qrupları üzrə test imtahanı keçirir. ...

Bu BÜRCLƏRDƏN borc almağa dəyər

Borc öhdəlikləri həmişə ağır olan, hətta yaxşı əhval — ruhiyyəni poza biləcək bir şeydir. Ancaq dostlarına pul borclarını bağışlayan insanlar var. &nbs...

Məşhur rusiyalı müğənni axtarışa verildi

Məşhur müğənni, Rusiyanın Xalq artisti Nikolay Baskov Ukraynada axtarışa verilib.   Sfera.az xəbər verir ki, müvafiq informasiya Ukrayna Təhlükə...

Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür- FOTOLAR

Həftə sonları istirahət məqsədilə Bakı çimərliklərinə üz tutanların sayında kəskin artımı nəzərə alaraq, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tər...