Cəlilabadda yenidoğulmuş körpə ÖLDÜ
10:35 / 29.08.2023
4564
Cəlilabadda yeni doğulmuş körpə evdə ölüb.
Bu barədə Sfera.az-a Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Belə ki, rayon sakini 1993-cü il təvəllüdlü Firuzə Ağayevanın avqustun 22-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyaya gətirdiyi körpə avqustun 28-də yaşadığı evdə ölüb.
Faktı ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.