Ağız qoxusu probleminin çarəsi bu bitkilərdədir

Ağız qoxusu probleminin çarəsi bu bitkilərdədir

Ətrafdakılara da narahatlıq verən ağız qoxusu burun, ağız, tənəffüs yolu və mədə xəstəlikləri nəticəsində ortaya çıxa bilər. Eləcə də çürük dişlər, diş əti infeksiyaları, xroniki badamcıq vəzisi iltihabı, xroniki bronxit, ağciyər xəstəlikləri, xroniki qastrit və ağız boşluğu xəstəlikləri ağız qoxusuna yol açır. Bəziləri qəbizliyin də ağız qoxusuna səbəb olduğunu deyir. Amma belə deyil. Mütəxəssislər ağız qoxusundan xilas olmaq üçün bəzi bitkilərin müsbət təsirlərini olduğunu bildirir.

Ağız qoxusunu aradan qaldıran bitkiləri təqdim edirik.

Kərəviz

Bir litr suya kərəviz yarpağı qatıb qaynadılır. Bir müddət sonra süzüb gün ərzində qarqara edin.

Acı yovşan

Bir fincan qaynar suya yarım çay qaşığı acı yovşan otu töküb soyuduqdan sonra süzərək səhərlər qarqara edin və tüpürün.

Zəncirotu

Həvəng dəstədə döyülərək toz halına gətirilən bir ovuc zəncirotu kökünü bir litr suyun içinə atıb qaynadın. Sonra süzüb gün ərzində fasilələrlə 3 fincandan çox olmamaq şərti ilə için.

Sürünən dirçək

Bir litr suyun içinə bir ovuc nazik doğranmış sürünən otunu əlavə edib dəmləyin və qarqara şəklində istifadə edin.

Ənginar

Bir litr suya bir ovuc doğranmış ənginar qatıb qaynadın. Sonra suyunu süzüb qarqara edilib.

Bağayarpağı

Bir litr suyun içinə bir yemək qaşığı nazik doğranmış bağayarpağı, biyan kökü qatıb dəmləyin. Sonra süzərək gün ərzində fasilələrlə 2-3 fincan için.

Turp

Bir litr suyun içinə bir yemək qaşığı sürtgəcdən keçirilmiş qırmızı turp qabığı və bir ovuc sünbül qatılıb qaynadılır. Süzdükdən sonra qarqara şəklində istifadə edilir.

Badam+bal

Həvəngdəstə ilə öyülən badam bal ilə qarışdırılıb ac qarına bir çay qaşığı yeyilir.

Tarhana

Bir çay qaşığı tarhananı ağızda bir neçə dəqiqə çeynəyib udun./publika.az


OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...