Vaqif Mustafayev təltif edilməsindən DANIŞDI
Cəmiyyət
21:12 / 28.08.2023
8833
"Mən bu gün tamaşaçı sevgisini görüb bir daha əmin oldum ki, deməli, kinonun içində olmağa, ömrümü kinoya həsr etməyimə dəyərmiş".
Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti, kinorejissor Vaqif Mustafayev Nizami Kino Mərkəzində 70 illik yubileyi münasibətilə keçirilən yaradıcılıq gecəsində deyib.
O bildirib ki, filmlərində Qarabağın azad olunmasına dair nüanslar hələ 90-cı illərdən olub: "Bu gün isə artıq bu məsələ öz həllini tapıb".
Qeyd edək ki, Azərbaycanın Xalq artisti, kinorejissor Vaqif Mustafayevin 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilir.