Vilayət Eyvazov bölmə rəisini yuxarı vəzifəyə təyin etdi
Cəmiyyət
17:05 / 28.08.2023
6742
Daxili işlər orqanlarında yeni təyinat olub.
Sfera.az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Nəriman Bayramov Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin rəisi vəzifəsindən azad edilib.
Digər əmrlə o, Səbail RPİ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, N.Bayramov 2000-ci ildən 43-cü PB-nə rəhbərlik edirdi.(Qafqazinfo)