“Sosial işin idarə edilməsi” altsistemi yaradılacaq

“Sosial işin idarə edilməsi” altsistemi yaradılacaq

“Sosial işin idarə edilməsi” sisteminin elektron versiyası yaradılacaq.


Sfera.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nda əksini tapıb.


Proqrama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları 2024–2025-ci illər ərzində


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Sosial işin idarə edilməsi” altsisteminin yaradılmasını, ilkin olaraq, əlilliyi olan və ahıl şəxslərlə sosial işin “Sosial işin idarə edilməsi” altsistemi vasitəsilə aparılmaqla həmin altsistemin test edilməsini və bütün kateqoriyalardan olan çətin həyat şəraitində olan və ya çətin həyat şəraitinə düşmə riski olan şəxslərlə (ailələrlə) sosial işin “Sosial işin idarə edilməsi” altsistemi vasitəsilə aparılmasını təmin etməlidir.


OXŞAR XƏBƏRLƏR